49
Rixard Vaqner
Mənim həyatım
yeyə-yeyə mənim fortepianoda ifama qulaq asmağa məcbur olurdu. Sonra mənə
nəfəsli alətlər üçün ariya aranjman etdi və bu ariyanı İsveçrədə
Kintschy
evində
musiqi kapellasının ifasında eşidəndə təəccübümün həddi-hüdudu yox idi. Heç
ağlıma gəlməzdi ki, bu adamdan faydalı bir şey əxz eləyə bilərəm. Onun orijinal-
lığına elə möhkəm inanmışdım ki, mənim şövqlü etiraflarımı dinləməsi kifayət
edirdi. Aramıza dostumun bir neçə tanışı qoşulanda bütün dünyanın mehriban
Flaksa məhdud imkanlara malik, axmaq adam kimi baxdığı gözümdən qaçmadı.
Əvvəllər bu məndə kədərli duyğular oyadırdı. Lakin bir maraqlı hadisədən son-
ra qəfil fikrimi dəyişib digərlərinə qoşulmalı oldum. Flaksın müəyyən qədər var-
dövləti var idi və məhz buna görə gənc şübhəli bir xanım onunla yaxınlaşmışdı. O
isə qadının ehtiraslı sevgisinə inanırdı. Bir dəfə o, evinin qapılarını üzümə qıfılla-
dı və səbəbin qısqanclıq olduğunu öyrənəndə çox heyrətləndim. Bu münasibətin
iyrənc xüsusiyyəti məndə ikrah doğurdu və məni qorxutdu, özü də ilk dəfə idi
belə bir şeylə qarşılaşırdım. Dostumun dəli olduğunu qəfil anladım. Bunu belə
uzun müddət görə bilmədiyim üçün öz korluğumdan elə utanmışdım ki, öz ya-
lançı Kreyslerimlə üz-üzə gəlməməkdən ötəri uzun müddət bağ konsertlərinə
getmədim.
18
O vaxt ilk sonatam “D-moll”u bəstələmişdim. Eyni zamanda pastoral yaz-
mağa da başlamışdım. Onun üzərində elə işləyirdim ki, yəqin mənə qədər heç
kim belə səy göstərməmişdi. Əsərimin forması və məzmununa Hötenin “Laune
der Verliebten”inin kölgəsi düşmüşdü. Mətnin ümumi planını hazırladım və eyni
anda həm şeirlərin, həm də musiqinin yazılmasına, orkestr üçün uyğunlaşdırma-
ya başladım. Partituranın ilk səhifəsini yazanda hələ ikinci səhifənin mətni barədə
aydın təsəvvürüm yox idi. Xatırlayıram ki, musiqi alətləri üçün yazmaq bacarı-
ğım olmasa belə, bu əsərin böyük bir nömrəsini belə fantastik üsulla hazırlayıb
sona çatdıra bilmişdim: tenorun ariyası ilə tamamlanan üç qadın səsi üçün bü-
töv bir səhnə alınmışdı. Orkestr üçün yazmaq istəyi o qədər böyük idi ki, “Don-
Juan”ın partiturasını əldə edəndən sonra soprano üçün böyük ariyanın orkestr
uyğulamasına başlamışdım. Mənə elə gəlirdi ki, hər şeyi çox dəqiqliklə eləmişəm.
Sonra “D-dur”kvartetini yazdım. Lakin əvvəlcə alt üçün alt açarını kifayət qədər
mənimsədim. Ovaxta qədər bu açarla heç tanış olmamağımHaydn kvartetlərindən
birinin öyrənilməsində böyük çətinliklər yaratmışdı.
Həmin yay belə bir musiqi ehtiyatı ilə bəstəkar kimi ilk səyahətimə çıxdım.
İfaçı Volframla evlənən bacım Klara Maqdeburq teatrına dəvət almışdı. Mən də
köhnə vərdişimlə piyada ora yola düşdüm. Qohumlarımın yanında qısamüddətli