Rixard Vaqner
Mənim həyatım
50
qonaq olanda gözlənilməz musiqi təəssüratları yarandı: mən təsirini indiyə qədər
unuda bilmədiyim yeni bir bənzərsiz şəxslə qarşılaşmışdım. Bu, özünəməxsus,
qəribə bir adam olan muzikdirektor Künleyn idi. Bu artıq qoca, xəstə və təəssüf ki,
alkoqoldan çox istifadə edən kişi qeyri-adi fikir axını və zərif nitqi ilə mənə təsir et-
mişdi. Onun əsas xüsusiyyəti Motsarta hədsiz ibadət, hətta bəstəkarı bütləşdirməsi
idi. Lakin eyni zamanda Veberə qarşı sərt saymazyana münasibəti var idi. O, yal-
nız bir kitabı – Hötenin “Faust”unu oxuyurdu və bu kitabda onun fikrincə, Mot-
sartın dahiliyini, Veberin isə cılızlığını təsdiqləyən yerlərin altından xətt çəkmişdi.
Kürəkənimiz mənim kompozisiyalarımı baxmaq üçün bu adama vermişdi ki,
onun rəylərinə əsasən mənim qabiliyyətim barədə mühakimə yürüdə bilsin. Bir
axşam traktirdə oturub səmimi söhbətlər edəndə qoca Künleyn ora gəlib çıxdı,
ciddi və xoş siması ilə bizə yaxınlaşdı. Onun sifətindən yaxşı rəyin gözlənildiyini
düşünmək olardı. Kürəkənimiz ondan mənim işlərim barədə nə düşündüyünü
soruşdu. “Bir işə yaramır” – deyə o sakitcə cavab verdi. Künleynin qəribəliklərinə
öyrəşmiş kürəkənimiz yüksək səslə qəhqəhə çəkdi və bununla məni bir qədər
sakitləşdirdi. Onun fikrini əsaslandırmasına və ya hər hansı bir təlimatlara nail
ola bilmədim. Hər dəfə söhbəti Veber barədə yeni istehzalara gətirib çıxarırdı və
yalnız bir dəfə Motsartı yada saldı ki, bununla da mənə təsir edə bildi. Çünki Kün-
leyn böyük və emfatik hərarətə malik idi. Digər tərəfdən həmin vaxt Maqdeburq-
dakı gözəl bir tanışlıq fikrimi Künleynin təlimini izləməkdən yayındırmalı idi: bu,
Bethovenin həmin dövr üçün nisbətən yeni olan böyük “E-dur” kvartetinin par-
titurası idi. Kürəkənimiz mənim üçün onun nüsxəsini sifariş etdi. Gözlənilməz
təəssüratlarla dolub daşaraq Leypsiqə, yuvama, musiqili-fantastik başlanğıcla-
rımın doğulduğu yerə yollandım. Lakin bacım Rozaliya da daxil olmaqla geri
dönmüş ailə üzvlərimdən məktəb karyeramın darmadağın olduğunu nəhayət ki,
öyrənmələrinin qarşısını ala bilmədim.
19
Artıq yarım ildən bəri məktəbə getmədiyim üzə çıxmışdı. Görünür, əmimə
ünvanlanan bütün şikayətlər nəticəsiz qaldığına görə rektorat bu işin başını bu-
raxıb mənə hər hansı bir təsir göstərmək cəhdlərindən imtina etmişdi. Mən
məktəbə ümumiyyətlə getməyərək buna şərait yaratmışdım. Yenə mənimlə necə
rəftar edəcəkləri barədə məsləhətləşmələr başladı. Mən musiqi ilə məşğul olmaq
istəyimin üstündə qətiyyətlə israr etdiyimüçün heç olmasa, hansısa bir alətdə yaxşı
ifa etməyi öyrənməyimin daha məqsədəuyğun olduğu qərara alındı. Kürəkənimiz
Brokhauz məni pianist etmək üçün Veymara Hummelin yanına göndərməyi təklif
etdi. Lakin mən qızğın şəkildə “musiqi ilə məşğul olmaq” deyəndə “hansısa