51
Rixard Vaqner
Mənim həyatım
alətdə ifa etmək” yox, “bəstələmək” nəzərdə tutduğumu sübut etməyə çalışan-
da onlar təslim oldular və qərara gəldilər ki, əvvəllər aldığım dərslərə görə hələ
də ödəniş etmədiyim musiqiçi Müllerin yanında harmoniya öyrənsəm yaxşıdır.
Bunun əvəzində
Nicolai Schule”dəki
dərslərimlə məşğul olacağıma söz verməli
idim. Hər iki məşğuliyyət tezliklə əziyyətə çevrildi, çünki məktəbdə də harmoniya
dərslərində də özümü məngənədəki kimi hiss edirdim və təəssüf, quru harmoniya
dərsləri məni daha çox itələməyə başlamışdı. Amma özüm fantaziyalar, sonatalar
və uvertüralar yazıb ifa etməyə davam edirdim. Digər tərəfdən, qürurum məni
əgər istəsəm, məktəbdə hər şeyin öhdəsindən gələ biləcəyimi sübut etməyə vadar
edirdi. Beşinci sinif şagirdlərinə şeir yazmaq tapşırılanda mən xor üçün yunan
dilində yunanların azadlıq uğrunda son döyüşü mövzusunda nəğmə yazmışdım.
Təbii, sonatalarımın, uvertüralarımın ciddi, yaxşı hazırlanmış musiqiyə nə qədər
aidiyyəti var idisə, bu yunan poemasının da yunan dilinə və poeziyasına təxminən
o qədər aidiyyəti var idi. Təcrübəmi utanmaz arsızlıq kimi qiymətləndirib lağa
qoymuşdular. Həmin andan sonra məktəblə bağlı heç bir xatirəm qalmayıb.
Məktəbdə sonrakı məşğələlər mənim tərəfimdən evdəkilərin xatirinə verilmiş qur-
ban idi: sinifdə baş verənlər məni heç maraqlandırmırdı. Dərslərdə yalnız məni
cəlb edən qiraətlə məşğul olurdum.
20
Qeyd edildiyi kimi musiqi dərsləri heç bir bəhrə vermirdi və mən sevimli
ustadlarımın partituralarını köçürərək musiqi özünütəhsilini davam etdirirdim.
Yeri gəlmişkən, bununla sonradan çoxlarının həsəd apardığı gözəl xətt qazanmış-
dım. Bildiyim qədər Bethovenin “C-moll” və “Doqquzuncu simfoniya”sından
köçürdüklərim hələ də məndən xatirə kimi qorunur. Bethovenin bu “Doqqu-
zuncu simfoniya”sı mistik şəkildə fantastik musiqili fikirlərimin və planlarımın
diqqət mərkəzinə çevrildi. Onun haqqında belə bir fikir gəzirdi ki – özü də təkcə
Leypsiqdə yox – Bethoven bunu artıq yarıçılğın halda olanda bəstələyib və buməni
xüsusilə cəlb edirdi. Onu bütöv fantastikanın və anlaşılmazlığın
Non-plus ultrası
hesab edirdilər. Bu isə məni şeytani əsərin yaradılmasını dərindən öyrənməyə va-
dar etmək üçün kifayət idi. Böyük çətinliklərlə əldə etdiyim partituraya ilk baxışda
simfoniyanın əvvəlinci hissəsinin başındakı uzun təmiz kvintalar məni ölümcül
güclə cəlb etmişdi: dediyim kimi, yeniyetmə musiqi təəssüratlarımda böyük rol
oynayan bu səslər indi mənim üçün öz həyatımın əsas xəyali-mistik tonu kimi
çıxış edirdilər. Bu simfoniyanın təkribində bütün sirlərin sirri olmalı idi və mən
partituranı özüm üçün köçürməyə gərgin səy göstərdim. Bir dəfə bütün gecəni bu
iş üstündə keçirdikdən sonra bir boz səhər alaqaranlığında işıq məni elə sarsıtdı,