Rixard Vaqner
Mənim həyatım
338
227
Bu, yalnız qısa fasilə idi: incəsənət maraqları siyasi xarakterli yeni təəs-
süratların təsiri ilə yenə də arxa plana keçdi və məni bütünlükdə ağuşuna aldı.
Vyananın oktyabr günləri başladı və Drezdeni qızğın həyəcan bürüdü. Divarlarda
vyanalılara kömək üçün hərəkətə çağıran, “qanlı-qırmızı monarxiyanı” lənətləyən
və qadağan olunmuş “qırmızı respublika”nı mədh edən və bu kimi mətnlərin
əks olunduğu qırmızı və qara şüarlar peyda oldu. Şəhərdə həyəcanlı və gərgin
ovqat yaranmışdı. Yalnız hadisələrin əsl gedişindən yaxşı xəbərdar olan adamlar
sakitliklərini qoruyub saxlayırdılar, amma onların sayı az idi. Vindişqrets Vyanaya
daxil olanda, Frebel əhv olunanda, Blüm isə güllələnəndə elə təəssürat yarandı ki,
partlayış qaçılmazdır. Blümün şərəfinə küçədə nəhəng matəm mitinqi düzənləndi.
Mərasimin başında nazirlər gedirdi, özü də xalq xüsusi etimada malik olmayan
fon der Pfordtenin kədərli sima ilə yürüdüyünü böyük məmnuniyyətlə seyr edir-
di. Hamı kədərli ovqatda idi, ən pis şeylərə hazır idilər. Məsələ o yerə çatmışdı ki,
Leypsiqdəki təbliğati fəaliyyətinə görə yüksək dairələrdə nifrət və qorxu oyadan
Blümün ölümünü heç utanmadan ershersoginya Sofyanın öz bacısı Saksoniya kra-
liçasına dost xidməti olduğunu deyirdilər. Vyanadan gələn qaçqın kütlələri aka-
demik legion geyimlərində Drezdenə daxil oldular. Əzəmətli, cəngavər gövdələri
hər yerdə görünürdü və onlar burada özlərini evdəki kimi hiss edirdilər.  Bir dəfə
Riensi”də dirijorluq etmək üçün teatra gələndə kapeldiner bir neçə nəfərin məni
soruşduğunu dedi. Həqiqətən də,  tezliklə tanımadığım altı nəfər peyda oldu, on-
lar mənimlə qardaşyana, demokrat həmfikirləri kimi görüşdülər və onları sərbəst
şəkildə zala buraxmağımı xahiş etdilər. Başına kalabriya şlyapasını çəpəki qoymuş
bəstəboy, qozbel adamı tanıdım, bu, keçmiş belletrist Hefner idi, onunla məni Vya-
nadakı siyasi kluba getdiyimiz günlərin birində Ul tanış etmişdi. Kapella üzvləri
bu görüşü böyük təəccüblə izləyirdilər. Bütün utancaqlığıma rəğmən, özümü nü-
fuzdan salacaq etirafı etmədim: sakitcə kassaya gedib, altı bilet götürüb bu qəribə
adamlara verdim. Onlar bütün tamaşaçılar qarşısında səmimiyyətlə mənim əlimi
sıxıb getdilər. Bu hadisədən sonra mənim kral kapelmeysteri qismində teatr per-
sonalının, xüsusən də, ümumilikdə teatr əməkdaşlarının gözündə mövqeyimin
gücləndiyinə şübhə edirəm. Amma bir şey dəqiqdir: hələ heç vaxt “Riensi”də hər
pərdədən sonra məni bu dəfə olduğu qədər gur alqışlarla səhnəyə çağırmamışdılar.
Ümumiyyətlə, teatr tamaşaçıları arasında qızğın tərəfdarlarımın kütləsi ya-
ranmışdı, bu, sanki, mənimkapellanın yubiley konsertində üzləşdiyimsoyuqluğun
qarşılığı idi.  “Tanhauzer”in, ya “Riensi”nin tamaşaya qoyulmasından asılı olmaya-
raq, məni eyni dərəcədə coşqunluqla qarşılayırdılar və cənab fon Lütihau bundan
nə qədər qorxuya düşsə də, publikanın bu cür davranışı mənə münasibətdə məlum