339
Rixard Vaqner
Mənim həyatım
hörmət hissi aşılayırdı. Bir dəfə o, yaxın zamanlarda “Loenqrin”i səhnələşdirmək
təklifi ilə müraciət etdi. Mən bu mövzuda nə üçün söhbət etmədiyimi ona aydın-
laşdırdım. Teatr personalını yetərli hesab etdiyimdən, bu işə hazır idim. Bu vaxt
köhnə tanışım F.Haynenin oğlu Parisdən qayıtdı, o, Drezden müdriyyətinin tap-
şırığı ilə Depleşen və Diterledə dekorasiya sənətini öyrənmişdi. Sarayın teatr de-
koratoru vəzifəsini tutmaq üçün o, sınaqdan keçməli idi, buna görə də, ərizə yazıb
xahiş etdi ki, “Loenqrin”in dekorasiyasını hazırlamaq ona tapşırılsın. Bu da cənab
fom Lütihaunu mənim yeni əsərimə diqqət çəkməyə sövq etdi. Mənim razılığımla
bu iş gənc Hayneyə tapşırıldı.
228
İşlərin bu cür gərdişindən olduqca məmnun idim, çünki “Loenqrin”in
öyrənilməsi diqqətimi son hadisələrlə bağlı həyəcanlardan yayındıracaqdı. Bu-
nunla belə, bir gün Vilhelm Hayne işinin qəfil dayandırıldığı və ona başqa ope-
ranın dekorasiyasını işləmək tapşırıldığını demək üçün yanıma gələndə xeyli
narahat oldum. Heç nə demədim və müdriyyətin bu olduqca qəribə davranışı-
nın səbəblərini soruşmadım. Sonradan fon Lütihau bu məsələ ilə bağlı xanımı-
ma izah vermişdi, əgər o düzgün deyirdisə, mən nahaq yerə bütün günahı onda
görüb, onunla münasibətləri birdəfəlik kəsdim. İllər sonra bu məsələ ilə bağ-
lı sual verəndə o, izah elədi ki, sarayda mənə çox düşmən münasibət vardı. O,
çox ciddi şəkildə “Loenqrin”i səhnələşdirmək təklifi ilə çıxış edib, amma güclü
əngəllərlə qarşılaşıb. İstənilən halda, incidilməyimin ağrısı əhvalıma həlledici təsir
göstərirdi. Həmin dəqiqəyədək düşünürdüm ki, tamaşa uğurlu keçsə, teatrla ba-
rışacam. İndi mən orada nəyisə yaxşıya doğru dəyişmək üçün istənilən cəhddən
qətiyyətlə üz döndərirdim. Bu, əvvəla, özünü onda göstərdi ki, Drezden kapel-
meysteri vəzifəsini saxlamaq arzumdan imtina etdim, ikincisi, məşğul olduğum
bədii sənət layihələri bizim müasir teatr quruluşunda rellaşdırılması mümkün ol-
mayan işlərdi.
Ziqfridin ölümü”nü işləməyə başladım. Bu əsər barədə arzu məndə çoxdan
vardı, amma nə Drezden, nə də digər saray teatrları barədə düşünmürdüm. Yalnız
bir şeyə çalışırdım: məni mənasız durumdan tamamilə çıxara biəcək işlə məşğul ol-
maq. Bitirdiyim mənzum mətni oxuyanda teatr və dram sənəti ilə bağlı fikirlərimi
bölüşdüyüm yeganə adam Eduard Devrien (
Rekellə bu kimi məsələlər barədə danış-
maq heç cür mümkün deyildi)
heyrətləndi. O anladı ki, bundan sonra müasir teatrla
bütün ümidlərimdən imtina edirəm, təbii ki, Devrien bunu təqdir etmirdi. O özünə
belə təsəlli verirdi ki, sonunda bu da hədsiz anlaşılmaz və səhnədə icrası mümkün
olmayan bir əsər olacaq. Devrienin bu mətnə nə dərəcədə ciddi yanaşması aşağı-