Rixard Vaqner
Mənim həyatım
340
dakı məqamdan bəlli oldu. Mənə belə bir irad tutdu: onun fikrincə, mən tamaşaçı
ilə, demək olar, hesablaşmıram və nahaq yerə ümid edirəm ki, qısa epik işarələri
dramın mahiyyətini anlamaq üçün bütün zəruri şeyləri hasil edəcək. Devrien dedi
ki, Ziqfridlə Brungilda arasında düşmənçilik ədavətini anlamaq üçün onların
əvvəlki həqiqi, heç nəyin kirlətmədiyi münasibətlərini təsvir etməliyəm. Məsələ
burasındadır ki, “Ziqfridin ölümü”nü “Tanrıların ölümü” adlanan elə hazırkı bi-
rinci pərdədən başlamışdım. Bunadək Ziqfridlə Brungilda arasında baş verənləri
tərk edilmiş qadınla onun yanındakı qayalıqdan keçən valkiriyaların
(
Skandinaviya
əfsanələrində müharibə pərilərii –red.)
lirik-epik dialoqlarının köməyilə izah edirdim
.
Devrienin iradları
(
özüm üçün də böyük məmnunluqla)
bütünlükdə drama hazırkı
proloqu təşkil edən səhnələri də artırmağa sövq etdi.
229
Bu atmosferdə E.Devrienlə aramızda getdikcə daha sıx dostluq müna-
sibətləri yaranırdı. O, çox vaxt cəmiyyətin qaymaqlarını öz evinə qonaq çağırırdı
və bu toplantılarda dram əsərləri ucadan oxunurdu. Təəccübümə rəğmən, belə
mərasimlərdə onun çox istedadlı qiraət ustalığına əmin oldum, halbuki, bunu
səhnədə hiss etməmişdim. Digər tərəfdən, baş direktorla korlanmışmünasibətlərim
barədə sərbəst danışa bilməyim mənim üçün təsəlli oldu, burada məni anlaya-
caqdılar. Devrien hesab edirdi ki, qəti qırılma barədə xəbərdarlıq etmək lazımdır,
amma onun uğur qazanacağıma ümidi az idi. Qışın gəlişi ilə kral sarayı yenidən
şəhərə qayıtdı və onun teatrla təmasları sıxlaşan kimi dəfələrlə kapelmeyster
fəaliyyətimdən ali dairələrdə narazılığın ifadə olunması barədə xəbərlər gəlməyə
başladı. Bir dəfə kraliçaya belə gəlibmiş ki, mən “Norma”da çox “bərbad dirijorluq
etmişəm”, başqa bir vaxt isə “Şeytan Robert”də “taktları düz vurmamışam”. Fon
Lütihau bütün bu məzəmmətlər barədə məni xəbərdar etməyi özünə borc bilib.
Amma təbii ki, bundan sonra, bu rəy mübadiləsi də aramızda yaxşı münasibətlər
yarada bilməzdi.
Amma biz hələ də bir-birimizi birtəhər yola verirdik. Münasibətlərlə bağ-
lı sərt addım atmağa cəsarət etmirdik, çünki ətrafda hər şey qızğın narahat-
lıq içində idi. İstənilən halda, həyatın bütün sahələrində hakim olan irtica hələ
özü tam açıq şəkildə göstərmək üçün qalibiyyətindən bir o qədər əmin deyildi.
Məsələn, musiqiçilər öz bədii sənət və vətəndaş maraqlarının aydınlaşdırılması
və müdafiəsi üçün gizli təşkilat yaratmağı düşünəndə baş müdiryyət heç bir əngəl
yaratmırdı. Bu məsələdə gənc musiqiçi Teodor Uliq fəallıq göstərirdi. O, iyirmi
yaşlarında qeyri-adi dərəcədə zərif, ziyalı və alicənab cizgiləri olan skripkaçı idi
və öz yoldaşları arasında təvazökar, sakit, qətiyyətli xarakteri ilə seçilirdi. Uliq