341
Rixard Vaqner
Mənim həyatım
diqqətimi zərif hissiyyatı və geniş musiqi bilgiləri ilə çəkmişdi. Onun hər şeylə ma-
raqlanmasından və əqli sərhədlərini qeyri-adi dərəcədə genişləndirmək istəyindən
əmin olan kimi Uliqi öz gəzintilərimə yoldaş seçdim. Rekel artıq bu gəzintilərdə
heç iştirak etmirdi. Uliq məni kapellanın qapalı təşkilatını ziyarət etmək, onun
işində iştirak etmək, bu işlərdə fəallıq gətirmək və onun ruhunu bəhrələndirmək
üçün dilə tutdu. Belə toplantıların birində məni gərginliklə dinləyən auditoriyanı
bir il əvvəl baş müdriyyətin rədd etdiyi kapella islahatları layihəsi, bu mövzuda
fikirlərim və planlarımla tanış etdim. Amma elə dərhal da xəbərdar etməyi lazım
bildim ki, müdriyyətin yardımına bütün inamımı itirmişəm, deməli, təşəbbüsü
qətiyyyətlə ələ almaq lazımdır. Təklifim həvəslə qarşılandı. Artıq qeyd etdiyim
kimi, təşkilatdakı demokratik ruhlu musiqiçilərə mane olmayan Lütihau bu yığın-
caqlarda casuslarını yerləşdirməyin qayğısına qalmışdı. Onların arasında direk-
torluğun himayəsində olan, bütün kaepllanın nifrət etdiyi şeypurçu Levi də vardı.
Bu səbəbdən də, təbii, fon Lütihau çıxışımdan xəbərdar idi, hərçənd, onun mənası
təhrif olunmuşdu. Lütihau düşündü ki, mənə öz hakimiyyətini göstərməyin vaxtı
gəib çatıb. O məni rəsmi məktubla yanına çağırdı və oradaca uzun müddətdir sax-
ladığı nifrətini açıb tökdü. Yeri gəlmişkən, öyrəndim ki, o, teatr islahatları barədə
nazirə verilmiş layihədən xəbərdardır. Bunu onun danışığında işlətdiyi bir Drez-
den xalq ifadəsindən hiss etdim, həmin ifadəni əvvəllər eşitməmişdim. O dedi
ki, teatr idarəçiliyi işində mən ona necəsə “kələk gəlməyi” düşünürəm. Mən də
öz növbəmdə özümü saxlaya bilməyib, aramızda yaranan münasibətlər barədə
düşündüklərimi dedim. Lütihau məndən krala şikayət edəcəyi və mənim işdən
azad olunmağımı tələb edəcəyi ilə hədələdi, mən isə əzəmətli sakitliklə bəyan
elədim ki, istədiyi kimi hərəkət edə bilər, krala gəlincə, onun ədalətinə ümid
edirəm və əminəm ki, o, təkcə ittiham edəni deyil, ittiham olunanı da dinləyəcək.
Lütihauya izah etdim ki, işlərin bu cür gedişi mənim üçün az arzuolunandır,
amma kral qarşısında həm öz şəxsi, həm də ümumiyyətlə teatr və sənətlə bağlı
dərdlərimi demək üçün başqa imkanı görmürəm. Bu da fon Lütihaunun xoşu-
na gəlmədi və o soruşdu: mən açıq şəkildə onu ciddiyə almadığımı bildirirəmsə,
biz münasibətlərimizi necə yoluna qoya bilərik. İkimiz də çiyinlərimizi çəkməklə
söhbətimizə nöqtə qoyduq. Bu, təbii ki, himayədarımı məmnun edə bilməzdi.
O, təbiətcə mülayim adam olan dostum Edurd Devrienə müraciət elədi, xahiş
etdi ki, bizə hansısa razılığa gəlməkdə yardım eləsin. Devrien öz təvazökarlığına
rəğmən, mənimlə danışıqlardan sonra gülərək etiraf etməyə məcbur oldu ki, bura-
da hər hansı nəticəyə gəlmək mümkünsüzdür. Bundan sonra teatr məsələlərinin
müzakirəsində iştirak etməyəcəyimi qəti şəkildə bildirəndə cənab direktor öz
müdrikliyinə güvənib, bu işləri özü aparmalı oldu ki, onun başqa yolu qalmırdı da.