Rixard Vaqner
Mənim həyatım
342
230
Sarayın və müdriyyətin etimadsızlığı, təbii ki, işlərimə təsirini göstərirdi,
amma hələlik, tale mənimDrezden kapelmeysteri vəsifəsində qalmağımı istəyirdi.
Ötən qışda mənim idarəmlə keçirən orkestr konsertlərində dirijorluq Reysigerə
tapşırıldı və bu konsertlər tədricən adi musiqi axşamları kimi şablon xarakter
aldı. Tamaşaçıların marağı hiss olunan dərəcədə azalırdı və onların gələcək möv-
cudluqlarını yalnız böyük əziyyət bahasına saxlayırdılar. “Uçan hollandiyalı”nın
səhnəyə qayıdışına heç cür nail ola bilmədim, hərçənd ki, Mittervürserin yetiş-
miş istedadı bu opera üçün gözəl qüvvə ola bilərdi. Qardaşım qızı İohanna üçün
Senta rolunu düşünmüşdüm, amma qız bu partiyanı özü üçün uyğun hesab et-
mirdi: bu rol təmtəraqlı geyim tələb etmirdi. İohanna indi yeni himayədarı,
Riensi”nin sabiq təşəbbüskarı Tixaçekin tez-tez tamaşaya qoyduğu “Sampa”ya
və ya “Favorit xanım”ına üstünlük verirdi. Bu tamaşalarda iştirak üçün müdriyyət
hər dəfə ona üç gözəl kostyum təqdim edirdi. Ümumiyyətlə, Drezden operası-
nın bu iki matadoru repertuar tərtibində gözlədiyim ciddiyyətə qarşı müdafiə it-
tifaqı yaratmışdılar və mənim bəxtimdən, bu, Parisdə, Şlezinger üçün aranjman
etdiyim Donisettinin “Favorit xanım” əsərinin səhnələşdirilməsi zamanı özünü
göstərdi. Qardaşım qızı hesab edirdi ki, əsas partiya onun səs imkanlarına uy-
ğun gəlir (
bu zaman o, atasının rəyinə əsaslanırdı).
Bütün səylərimlə bu tamaşanın
səhnələşdirilməsinin əleyhinə çalışırdım. Amma müdriyyətlə yola getməməyim,
teatr işinin gedişinə təsir göstərmək istəməməyim, nəhayət, saray qarşısında nü-
fuzumu itirdiyim ortaya çıxanda fürsətdən istifadə edib, məni bu bərbad opera-
ya dirijorluğa məcbur etdilər, üstəlik, mənim növbəm idi həm də. Kral teatrında
mənim əsas işim indi Folotovun “Marta”sına dirijorluq etmək idi. Bu əsər tama-
şaçıları o qədər də cəlb etmirdi, amma səhnələşdirilmə üçün əlverişli idi, buna
görə də uzun müddət repertuardan çıxarılmadı. Və beləcə, dönüb, Drezdendəki
altıillik fəaliyyətimə nəzər salarkən aşağıdakı alçaldıcı qənaətə gəlməyə bilmir-
dim: bütün cəhdlərimə rəğmən, heç nəyə nail olmamışam. Aydın şəkildə anla-
yırdım ki, indi Drezdeni tərk etsəm, burada əməyimin izi-tozu qalmayacaq. Bir
çox əlamətlərə əsasən, bunu başa düşmək çətin deyildi ki, söhbət krala çatsa, biz
ikimiz də - mən və baş direktor – öz şikayət və izahatlarımızla onun qarşısında
dayansaq, heç olmasa, yarırəsmi ruhu gözləmək naminə üstünlük saray ada-
mına veriləcəkdi. Yeni, 1849-cu ilin Bədmüşk bazar günü təşkil olunan növbəti
konsert mənə dərin məmnunluq hissi gətirdi. Kapella yaxşı gəlir götürmək üçün
Bethovenin “Doqquzuncu simfoniya”sına müraciət etdi. Konsertin mümkün olan
qədər uğurlu keçməsi üçün bütün imkanlardan istifadə olundu. Tamaşaçılar bö-
yük fəallıq göstərdilər. Əsas məşqdə polisdən gizli şəkildə Mixail Bakunin də iş-