343
Rixard Vaqner
Mənim həyatım
tirak edirdi. Konsert bitdikdən sonra o, çəkinmədən orkestrə, mənə yaxınlaşdı və
hündürdən bəyan etdi ki, əgər gözlənilən dünya yanğınında bütün musiqi məhv
olacaqsa, biz öz həyatımıza təhlükə yaratsaq belə, bu simfoniyanı qorumaq üçün
birləşməliydik. Konsertdən bir neçə həftə sonra Drezden küçələrində, həqiqətən
də, yaxınlaşmaqda olan “dünya yanğınının” əlamətləri göründü və hələ bunadək
qəribə və qeyri-adi şəkildə yaxşı münasibət qurduğum Bakunin də burada oberfe-
yerverqer vəzifəsini oynamalı idi.
231
Bu qəribə adamla çoxdan maraqlanırdım. Bir neçə il əvvəl onun adına hansı-
sa qeyri-adi vəziyyətlə bağlı qəzet səhifələrində rast gəlmişdim. O, Parisdə polyak-
ların toplantılarının birində çıxış etmişdi, bildirmişdi ki, polyaklarla ruslara fərq
qoymur. Yalnız bir şey vacibdir: insan azad olmaq istəyir, ya yox. Sonradan Georq
Herveqdən öyrəndim ki, əsilzadə ailəsindən olan bu adam şəxsi vəsaitlərindən
imtina edib, bulvarda cibində iki frank olsa da, onları dilənçiyə verib: özünü keç-
miş həyatla bağlı və az da olsa, təmin olunmuş hiss etmək ona əzab verirdi. Onun
Drezdenə gəldiyini mənə artıq o zaman üçün tamamilə “cızığından çıxan” Rekel
xəbər verdi. Məni Bakuninin gizləndiyi mənzilə dəvət etdi və onunla şəxsən tanış
olmağımızı istədi. 1848-ci ilin yayındakı Praqa hadisələrindən, slavyan konqresi-
nin toplantısından sonra Avstriya hökuməti Bakunini təqib edirdi. O, Bohemiya-
dan çox uzaqlaşmaq istəməyib, Drezdenə qaçdı. Bakunin nifrət etdikləri alman-
laşdırılma əleyhinə Rusiyada dayaq axtaran çexləri elə həmin ruslara, despotizm
bayrağı, qeyri-məhdud dövlətin əsası altında çıxış edən istənilən xalqa qarşı atəş
və qılıncla müdafiə olunmağa çağırırdı və bununla da, o, Praqada xüsusi şübhə
doğurmuşdu. Amma bu səthi məlumatlar hər bir almanda milli münasibətlə bağ-
önyarğını dağıtmağa və hətta Bakuninə ümumxalq rəğbəti oyatmağa kifayət
edirdi. Onu ilk dəfə Rekelin yanında, özü üçün təhlükəsiz olmayan durumda
görəndə 30 yaşının çiçəklənmə dövrünü yaşayan bu adamın qeyri-adi dərəcədə
vüqarlı görünüşündən heyrətə düşdüm. Onda hər şey əzəmətli idi, ilkin təravətini
itirməmişdi. Tanışlığımızı yüksək qiymətləndirdiyini heç nə ilə büruzə vermirdi,
görünür o, ruhun maraqları ilə yaşayan adamları o qədər də üstün tutmur, son-
rasını düşünmədən özünü işə həsr edən adamları axtarırdı. Sonradan əmin ol-
dum ki, bu, onun şəxsi hisslərindən daha çox ağlı, nəzəri bilikləri ilə bağlıdır: o,
bu barədə çox danışırdı. Mübahisələrdə Bakunin Sokrat üsulunu müdafiə etməyi
sevirdi. Görünür, o qonaqpərvər ev sahibinin sərt divanına yaslanaraq, müxtəlif
adamlarla inqilabın vəzifələri barədə müzakirə aparanda özünü yaxşı hiss edir-
di. Bizim mübahisələrdə o, həmişə qalib olurdu. Onun heç bir əngəl qarşısında