Rixard Vaqner
Mənim həyatım
344
dayanmaq bilməyən və qeyri-adi əminliklə ifadə olunan dəlillərinin radikallığı
ilə başa çıxmaq mümkün deyildi. Bakunin qeyri-adi ünsiyyətclliyi ilə fərqlənirdi.
Elə tanışlığımızın birinci axşamı özünün bütün inkişaf tarixini danışdı. Zadəgan
nəslindən olan bu rus zabiti hərbi xidmətin mənasız məngənəsindən əziyyət
çəkirdi. Russonun əsərləri onda dərin təsir buraxmışdı və Bakunin məzuniyyət
bəhanəsi ilə Almaniyaya qaçmışdı. O zaman burada Hegelin sistemi hakim idi. Ba-
kunin bu sistemi o qədər tez mənimsəmişdi ki, Hegel dialektikasından bir addım
da uzaqlaşmadan, onun ən görkəmli ardıcıllarını belə karıxdıra bilirdi. Öz sözləri
ilə desək, “özündəfəlsəfə”nin öhdəsindən gəlməklə, o, İsveçrəyə yollandı və ora-
da kommunizm təbliğatı ilə məşğul oldu. Sonra Fransa və Almaniyadan yenidən
slavyan dünyasının sərhədlərinə qayıtdı. Bu dünyanı ən az korlanmış sivilizasiya
hesab etdiyindən, o, bəşəriyyətin bərpasını buradan gözləyirdi. Öz ümidlərini o,
slavyan tipinin daha parlaq əks olunduğu rus milli xarakterinə bağlayırdı. Rus
xalqına xas sadəlövh qardaşlıq hissini Bakunin slavyanların əsas cəhəti hesab
edirdi. O, təqib olunan insandakı heyvani instinktə - rus mujikinin ona əziyyət
verənlərə, zadəganlara nifrətinə arxayın idi. Onun sözlərinə görə, rus xalqında
atəşə həm uşaq kimi təmiz, həm də şeytani məhəbbət var və artıq Napoleonun
hücumu zamanı Rastopçin Moskvanın müdafiəsi planını bunun üzərində qur-
muşdu. Rus kəndlisində hər şeydən daha çox onun situasiya üzündən məyusluğa
uğramış təbiətinin kinsizliyi qorunub saxlanılır. Onu hakimlərin qəsrlərini bü-
tün zənginlikləri ilə birgə oda atmağın ədalətli və savab iş olduğuna inandırmaq
asandır. Rusiyanı bürüyəcək yanğın bütün dünyaya keçəcək. Buradaca dərindən,
fəlsəfi fikir, müasir Avropa sivilizasiyası ucalığından işıqlandırılan, yalnız insan
bədbəxtliyi mənbələrindən olan hər şey məhvə məhkumdur. Dağıdıcı qüvvəni
hərəkətə gətirmək- ağıllı adama layiq yeganə məqsəd budur. Öz dəhşətli ideya-
larını inkişaf etdirən və mənim əziyyət çəkdiyimi gözlərimdən oxuyan Bakunin
etirazlarıma rəğmən, öz geniş ovcunu lampanın kəskin işığına qarşı tutdu. Mü-
asir sivilizasiyanın dağıdılması – onu entuziazmla doldurmuş idealdır. O, yal-
nız bir şey barədə danışırdı: bu məqsədlə siyasi hərəkatın bütün vasitələrindən
necə istifadə etmək lazımdır və onun planları çox zaman ətrafdakıların şən iro-
nik qeydlərinə səbəb olurdu. Hər cür inqilabçılar onun yanına gəlirdilər. Yəqin
ki, ona ən yaxın olanlar slavyanlar idi, çünki Bakunin onları rus despotizmi ilə
mübarizə üçün daha yararlı hesab edirdi. Yaratdıqları respublikaya və Prudon
sosializminə rəğmən, fransızların ciddi olmadığını düşünürdü. Almanlar barədə
heç vaxt danışmırdı. Demokratiya, respublika və bu kimi şeylərə laqeyd idi, on-
lara ciddi yanaşmırdı. Sosial əsaslarda mövcud yenidənqurma barədə danışan-
da o, etiraz edənlərin üzərinə məhvedici tənqidlə atılırdı. Xatırlayram ki, onun
nəzəriyyəsindən qorxan bir polyak demişdi ki, insanın öz əməyinin bəhrələrindən
istifadə edə bilməsi üçün hansısa dövlət qurumu olmalıdır. Bakunin cavab ver-