345
Rixard Vaqner
Mənim həyatım
mişdi: “Ola bilsin, sən öz tarlanı çəpərləməli və onun mühafizəsi üçün polis ya-
ratmalı olacaqsan”. Polyak karıxıb susmuşdu. Yeni dünya düzəninin qurucuları
öz-özünə tapılacaq – o bizə belə təsəlli verirdi. İndi bütün bunları dağıdacaq olan
qüvvəni tapmaq barədə düşünmək vacibdir. O sual edirdi: doğrudanmı, bizlərdən
kimsə ümumi dağıntıların yanğınından sağ çıxmağa ümid edəcək qədər axmaq-
dır? Təsəvvür edək ki, Peterburq, Paris və London da daxil olmaqla, bütün Avropa
dünyası bu tonqala atılıb. Düşünmək olarmı ki, onu yandıracaq adamlar sonralar
bu qalıqların üzərində nəsə tikəcəklər? Özünü fəda etməyə hazır olduğunu deyən
adamlara o, sensassiya yaradacaq etirazla cavab verirdi: məsələ tiranlarda deyil,
bütün şər – qayğısız filisterlərdədir (
ictimai görüş dairəsi çox dar olan riyakar xasiyətli
adam; meşşan – red.).
O, protestant keşişini bu cür filister qismində təsəvvür edirdi.
Bakunin ağlına gətirə bilmirdi ki, alman pastoru əsl insan ola bilər. O, bir halda
buna əmin ola bilərdi: həmin şəxs bütün keşiş əmlakını, arvadını və uşaqlarını öz
əliylə tonqala atsın.
232
Digər tərəfdən, Bakunin hər şeyə zərif və incə həssaslıqla yanaşdığından,
onun bütün bu dəhşətli nitqləri insanları xüsusən karıxdırırdı. Mənim sənətlə
bağlı hədsiz narahatlığım, bu sahədəki ideal cəhdlərim ona aydın idi. Amma öz
vəzifələrimlə onu yaxından tanış etmək kimi hər hansı cəhdlərimi rədd edirdi.
Mən İncilin təsiri ilə gələcəyin ideal səhnəsi üçün “Nazaretli İsa” adlı faciənin pla-
nını düşünmüşdüm. Bakunin xahiş elədi ki, rəhm eləyib, onu bu ideyamla tanış
eləməyim. Sifahi şəkildə ona öz ideyamın mahiyyətini izah etdiyim üçün mənə
uğur arzuladı, amma çox israr etdi ki, İsani zəif adam kimi təqdim edim. Musiqiyə
gəlincə, kompozisiya zamanı yalnız bir mətni müxtəlif şəkildə dəyişdirməmi
istəyirdi: qoy, tenor “Onun boynunu vurun!”, soprano “Onu asın!”, dayanmadan
uğuldayan bas isə “Yandırın, yandırın onu!” deyə oxusun. Bir dəfə onu “Uçan
hollandiyalı”nın ilk səhnələrini dinləmək üçün dilə tutdum. Mən çalıb-oxuyur-
dum və bu zaman o qorxunc insan özünü tamam başqa bir yöndən kəşf etdi.
Bakunin musiqiyə bütün başqalarından daha diqqətlə qulaq asırdı. Mən fasilə
verəndə o çığırdı: “Necə gözəldir!”. Və dəfələrlə yenidən ifa etməyimi istədi. Bu
adam təqiblərdən gizlənən kədərli qaçqın həyatını yaşamalı olduğundan, mən
onu evimə dəvət etməli olurdum.
Həyat yoldaşım şam yeməyinə nazik dilimlərlə doğranmış kolbasa və ət ve-
rirdi, o, sakson adətinə əsasən, onları qənaətlə çörəyin üstünə qoymaq əvəzinə di-
ri-diri aşırırdı. Minnanın dəhşətə gəldiyini görüb, tədricən ona necə yemək lazım
olduğunu öyrətməyə başladım. Əvəzində o, təbəssümlə cavab verdi ki, masanın