Rixard Vaqner
Mənim həyatım
346
üstündəkilər kifayətdir, özünü günahkar hiss eləsə də, ona bildiyi kimi yeməyə
imkan vermək lazımdır.  Şərabı kiçik stəkandan içməsi də mənə xoş gəlmirdi.
Ümumiyyətlə, o bu içkini sevmirdi. Qayğısız istehlakçının sərxoş olanadək şərabı
filister astagəlliyi ilə kiçik dozalarda içməsi ona iryənc görünürdü. Bir  stəkan yax-
şı araq eyni məqsədə sürətlə və birbaşa gətirir. Nəyəsə hesablanmış mülayimlik,
asta templi həzz onda nifrət oyadırdı. Əsl insan öz ehtiyaclarının yalnız ən zəruri
təminatına can atır. İnsana layiq yalnız bir həzz var: sevgi.
233
Bu və digər qeyri-adi davranışlar göstərir ki, Bakunində antimədəni vəhşilik
təmiz insan idealizmi ilə uyuşurdu.  Onun barəsində təəssüratlarım qeyri-iradi
dəhşət hissindən qarşısıalınmaz rəğbətədək dəyişirdi. Öz tənha gəzintilərimə tez-
tez onu da götürürdüm, Bakunin burada təqiblərdən qorxmaya bilərdi, buna görə
də belə dəvətləri məmnuniyyətlə qəbul edirdi, çünki gəzintiyə ehtiyacı vardı. Es-
tetik meyllərimin hədəfini ona daha yaxından təsvir etmək cəhdlərim nəticəsiz
qalırdı, çünki biz sırf söz üzərində diskussiyalardan kənara çıxa bilmirdik.  İde-
yalarım ona həddən artıq qarışıq görünürü. O iddia edirdi ki, iyrənc gerçəkliyin
tələblərindən çıxış edərək, gələcək üçün qanunlar yaratmaq olmaz: gələcək ta-
mam başqa cəmiyyətdən doğmalıdır. Bütün söhbətləri mütləq dağıtmaq möv-
zusuna gətirib çıxarırdı. Bu qəribə adama belə sual verdim: işə necə başlamağı
düşünür? Buradaca, əvvəldən də hiss etdiyim kimi, məlum oldu ki, Bakuninin
bütün fikirləri təsadüfi  ehtimallar əsasında qurulub – indi bu, bütün aydınlığı ilə
ortaya çıxdı. Gələcək sənətin təşkili ilə bağlı planlarım ona qeyri-praktik adamın
göylərdə uçan xəyalı təsiri bağışlayırdı. Amma məlum oldu ki, onun da mövcud
mədəni müəssisələrin qaçılmaz məhvi ilə bağlı layihələri, ən azı, mənimkilər qədər
əsaslandırılmayıb. Bakunininuniversal konspirasiyamərkəzi olduğunudüşünmək
mümkün idi. Amma indi aşkara çıxdı ki, onun praktik vəzifəsi yalnız Praqada yeni
inqilabi həyəcan yaratmaq fikrindən o yana getmir, özü də bu baxımdan bütün
ümidləri bir neçə tələbənin təşkilatına yönəlmişdi. Üsyanın yetişdiyini düşündü-
yü bir axşam o, ingilis tacirindən pasport alıb, Praqaya köçməyə hazırlaşırdı – bu,
təhlükəli idi.  O, gözəl buruq saçlarını kəsdirib, saqqalını qırxdırmalı və özünə
mədəni filister görkəmi verməli olmuşdu. Bərbər çağırmaq olmazdı, buna görə də
bu işləri Rekel öz üzərinə götürdü.  Əməliyyat azsaylı tanışların əhatəsində, küt
ülgücün – bu, çox əziyyət verirdi -  köməyi ilə reallaşdı. Müştəri sakit təmkinini
qoruyurdu. Onu yola salanda dostumuzu bir daha sağ görməyəcəyimizə əmin
idik.  Amma cəmi bir həftə sonra o, geri qayıtdı, Bakunin Praqada işlərin gedişi
barədə ona verilən məlumatların həqiqətdən çox uzaq olduğunu gözləri ilə gör-