347
Rixard Vaqner
Mənim həyatım
müşdü: orada, onun ixtiyarında cəmi bir yığın yarıyeniyetmə tələbələr vardı. Xe-
yirxah Rekel bu mövzuda onunla zarafatlaşırdı. Bu hadisədən sonra o, aramızda
yalnız nəzəri cəhətdən konspirasiyaya bələd olan inqilabçı şöhrəti qazanmışdı. Elə
Bakuninin rus xalqı ilə apardığı iş də praqalı tələbələrlə olduğu kimi nəticələndi.
Onun bütün ehtimallarının heç nəylə əsaslandırılmadığı, təsadüfi olduğu, pred-
metin mahiyyətilə bağlı nəzəri ümumiləşdirmədən doğduğu bəlli oldu. Belə bir
qənaətə gəldim ki, həddən artıq təhlükəli adamın Avropanın geniş dairələrində
qazandığı şöhrət gerçək həyatdakı iş təcrübəsindən deyil, onun dünyagörüşünün
nəzəri təbliğatından irəli gəlir. Bununla belə, anladım (
buna imkanım yarandı)
ki,
öz nəzəriyyələrinə qeyri-ciddi yanaşan adamların əksəriyyətindən fərqli olaraq,
onun şəxsi davranışında heç bir eqoistik hesablama yox idi. Bu, tezliklə, 1849-cu
ilin məşum may üsyanı günlərində ortaya çıxdı.
234
Bütün qışı – 1849-cu ilin yazınadək yuxarıda qeyd etdiyim vəziyyət və ovqat
sayəsində dumanlı həyəcanda keçirdim. Beş pərdəli “Nazaretli İsa” əsərinin yeni
il ərəfəsində cızdığım eskizi mənim sənət sahəsində son işim oldu.  O zamandan
mən aydın olmayan fikir, ümid və  arzuların arasında yaşayırdım. Dərk edirdim
ki, Drezdendəki bədii sənətlə bağlı fəaliyyətimin sonu çatıb. Vəziyyətim elə ağır
idi ki, yalnız şəraitin məni Drezdenlə nə zaman birdəfəlik ayracağını gözləyirdim.
Digər tərəfdən, Almaniya və Saksoniyadakı siyasi vəziyyət qaçılmaz fəlakətdən
xəbər verirdi. Bu fəlakət hər gün yaxınlaşırdı. Taleyimi ümumi vəziyyətlə bağ-
lamaq xoşuma gəlirdi. Mürtəce rejim cəmiyyəti düşünülmüş və açıq təxribata
çəkirdi, yaxın gələcəkdə həlledici döyüşlərin başlayacağını gözləmək olardı. Ora-
da fəal iştirak etmək kimi qızğın arzum yox idi, amma məni hara aparacağını
düşünmədən, axına qarışmağa hazır idim. Elə məhz bu ərəfədə taleyimdə əvvəlcə
inamsızlıqla yanaşdığım bir hadisə baş verdi: martda List məni onun idarəsi ilə
Veymarda “Tanhauzer”in tamaşaya qoyulacağını xəbər verdi, bu, Drezdendəki ta-
maşadan sonra ilk nümayiş idi. O, böyük təvazökarlıqla bildirirdi ki, bütün bu iş
onun şəxsi arzusunun nəticəsidir. Öz uğurunu təmin etmək üçün o, Veymara hər
iki ilk tamaşaya Tixaçeki dəvət etdi. Oradan qayıtdıqdan sonra Tixaçek operanın
yaxşı qarşılandığını dedi və bu, məni sözün yaxşı mənasında, heyrətləndirdi. Qo-
norardan başqa, böyük hersoqdan qızıl tütünqabı hədiyyə aldım, o mənə 1864-cü
ilədək xidmət göstərdi. Bütün bunlar mənim üçün o qədər yeni və qəribə idi ki,
belə sevincli hadisəyə təsadüfi epizod, böyük ustadın dost şıltaqlığı kimi yanaş-
mağa meyilli idim. Özümdən soruşurdum: bütün bunlar indi mənim nəyimə la-
zımdır?  Çox gec deyil ki? Bəlkə, çox tezdir?  Tezliklə Listdən lütfkar bir məktub