Rixard Vaqner
Mənim həyatım
348
aldım. O yazırdı ki, mayda “Tanhauzer”in üçüncü tamaşası olacaq, operanı reper-
tuarda saxlamaq üçün onu yalnız yerli qüvvələrin köməyi ilə tamaşaya qoymaq
niyyətindədir. Məndə qısa müddətə Veymara getmək arzusu oyandı, bunun üçün
mayın ikinci həftəsində məzuniyyət götürdüm. Tamaşaya bir neçə gün  qalırdı,
amma bunlar məşum günlər idi. Mayın 1-i Beytsin kralın təzyiq altında yaratdığı
yeni nazirliyi palatanı buraxdı. Rekel və onun ailəsi barədə də düşünmək lazım
gəlirdi. Deputat statusu onu cinayət təqibləri təhlükəsindən qoruyurdu, palata bu-
raxılandan sonra isə Rekel müdafiəsiz qaldı. Yeni həbs müddətindən qurtulmaq
üçün qaçmaq zəruri idi. Ona şəxsən yardım etmək imkanım olmadığından,  Re-
kelin olmadığı müddətdə qəzetinin qayğısına qalacağıma söz verdim. Bu, onun
ailəsini saxlamağın yeganə yolu idi.  Rekel Bohemiya sərhəddindən yenicə (
elə
bu vaxt mən ciddi karıxma içərisində
Xalq vərəqəsi”nin növbəti sayını hazırlayırdım)
çıxmışdı ki, Drezdendə çoxdan gözlənilən hadisələr baş verdi. Əsl deputasiya
küləyi”, kütlənin nümayişi, bütün mümkün cəmiyyətlərin qızğın axşam toplan-
tıları başladı. Hərəkatdan xəbər verən bütün əlamətlər görünürdü. Mayın 3-də
həyəcanlı xalqın ora-bura vurnuxan izdihamı ilə dolu küçələr ondan xəbər ve-
rirdi ki, işlər hakimiyyətin arzuladığı sona doğru gedir. Hakimiyyət alman itti-
faq konstitusiyasının tanınmasını tələb edən hər cür deputat heyətini gözlənilməz
kəskinliklə  rədd edirdi. Nahardan sonra “Vətən ittifaqı”nın Rəyasət Heyətinin
iclasında qonaq qismində iştirak etdim, bu, “Xalq vərəqəsi”nin maraqlarına uy-
ğun idi: iqtisadi-humanist motivlər üzündən bu vərəqlərlə məşğul olmağı özümə
borc sayırdım. Burada xalqın rəğbətindən istifadə edib, bu cür cəmiyyətlərin
rəhbərliyinə keçən adamların davranışından gözlənilmədən dəhşətə gəldim.
Baş verən hadisələr, xüsusən də, əhalinin fəal aşağı təbəqələrinin demokratik
nəzəriyyələrin təmsilçilərinə münasibətdə terrora əl atması onlar üçün xoşagəlməz
idi. Mən hər cür vəhşi təkliflər və onlara qətiyyətsiz etirazlar eşitdim. Əsas mövzu
müdaifə barədə düşünmək zərurəti idi. Polis və silah gətirilməsi ilə bağlı danı-
şırdılar. Qəfildən evlərə dağılışmaq qərara alınanda məndə, ümumiyyətlə,  tam
qarışıqlıq təəssüratı yarandı.  Gənc rəssam Kaufmanla birgə getdim, onun “Ruhun
tarixi” adlanan bir sıra kartonlarını Drezden rəsm qalereyasında görmüşdüm. İs-
pan inkvizisiya məhkəməsində kafirə verilən cəzaları göstərən
tabloya baxarkən
Saksoniya kralı narazılıqla başını yırğalayaraq, üzünü çevirmişdi, sanki, şəkildəki
süjet incəsənətə xas deyildi. Kaufmanın rəngi ağarmışdı, rəssam məyus olmuş-
du. O, yaxınlaşmaqda olan hadisələrə böyük həyəcanla baxırdı. Biz söhbət edə-
edə Semperin göstərişi ilə  Müqəddəs Anna kilsəsi yaxınlığında quraşdırılmış
fəvvarənin yanındakı poçt meydanına çatanda həyəcan siqnalı verildi. Bu, üsyana
çağırış idi. “Cənablar, başlayır!” – deyə yol yoldaşım qışqırdı və hardasa gizləndi.
Onu bir daha görmədim.