349
Rixard Vaqner
Mənim həyatım
235
Kilsənin həyəcan zəngi məndə dərin təəssürat oyatdı. Hava aydın, günəşli
idi. Bu zaman mənimlə Hötenin Valmi yaxınlığında kanonada eşitməsinə bənzər
bir şey baş verdi. Bütün meydan mənə tünd-sarı, qəhvəyi rəngdə göründü, san-
ki günəş tutulmuşdu – mən belə tutulmanı nə zamansa Maqdeburqda görmüş-
düm. Xüsusi canlanma hiss edirdim. Birdən nəsə ciddi əhəmiyyət verdiyim bir
şeylə oynamaq, başımı qatmaq istədim. Qəfildən ağlıma gəldi ki, məsafə yaxın
olduğundan Tixaçekin yanına gedib, bu ehtiraslı ovçudan onun odlu silahını
götürə bilərəm. Onun arvadını tapdım, özü məzuniyyətdə idi. Qadının yaxınla-
şan hadisələrdən qorxusu məndə çılğın, şən bir ovqat yaradırdı. Ona ərinin bütün
ovçu arsenalını qəbz əsasında “Vətən ittifaqı”na verməyi tövsiyyə etdim, əks hal-
da, üsyan edən kütlə onu mütləq ələ keçirəcəkdi. Nəticədə, əyləncəli şənliyimin
ən sərt cinayət hesab olunduğunu öyrəndim. Küçəyə çıxıb öyrənmək istədim:
həyəcan zəngindən, günəşin sarımtıl qürubundan başqa da nəsə baş verirmi?
Köhnə bazara düşdüm, orada nə barədəsə qızğın söhbət edən bir qrup insan
gördüm. Böyük heyrətimə rəğmən, burada Berlinə indicə gələn xanım Şreder-
Devrienlə qarşılaşdım. O, xalqa atəş açılması barədə xəbərdən sarsılmışdı. Bu ya-
xınlarda Şreder-Devrien üsyan cəhdinin silah gücünə necə yatırıldığının şahidi
olmuşdu. İndi o, öz dinc Drezdenində eyni şeyin baş verdiyindən dəhşətə gəlirdi.
Qadını əzən kobud kütlə onun qəzəbinə mənasız yumorla yanaşdı. Devrien üzü-
nü çevirəndə məni gördü: görünür, o, bütün səylərini səfərbər etmək və gözlənilən
qanlı qarşıdurmaya imkan verməməyi xahiş edə biləcəyi insanı tapdığına sevinir-
di. Səhərisi, onunla köhnə dostum Haynenin evində qarşılaşdım, qadın burada
sığınacaq tapmışdı. O, mənim soyuqqanlılığımı görüb, yenidən mənə and verdi
ki, ixtiyarımda olan bütün vasitələri işə salıb, mənasız qardaş qırğınının qarşısını
alım. Sonradan öyrəndim ki, onun davranışı hakimiyyətə belə bir əsas verib: qadı-
na dövlət çevrilişinə cəhd və xalqı üsyana çağırmaq ittihamları irəli sürülmüşdü.
Proses ərzində
əksini sübut etmək, müqavilədə göstərilən və Drezden operasında
uzunmüddətli işinin əvəzində almalı olduğu təqaüdü xilas etmək üçün o, xeyli
cəhd eləməli oldu.
236
Həmin gün, mayın 3-də mən şəhərin qanlı qarşıdurma barədə söz-söhətin
yayıldığı hissəsinə yollandım. Öyrəndim ki, Seyxqauz tərəfdə döyüş olub.
Qəzəblənmiş kütlə bu strateji məntəqəni zor gücünə almaq istəsə də, əsgərlər