Rixard Vaqner
Mənim həyatım
350
karteçlə (
içi xırda güllələrlə doldurulmuş top gülləsi - red
.)
onları dağıtdı.
Rampische
Gasse
yə yaxınlaşanda təsadüfən odlu atəşə tuş gələn Drezden kommuna qvardi-
yasından olan bir neçə nəfərlə qarşılaşdım. Onlardan biri ayağından yaralanmış-
dı və yoldaşı qayğıkeşliklə onun qoluna girmişdi. Yaralı, gümrahlıqla irəliləmək
istəyirdi, amma sağ ayağı iradəsinə tabe olmurdu. Onun arxasınca körpüdə qanlı
iz qalırdı və kütlə arasından çığırtılar eşidilirdi: “O, qan içindədir”. Bu mənzərə
məni çox sarsıtdı və dərhal necəsə hər tərəfdən eşidilən çığırtıların mənasına var-
dım: “Barrikaddaya! Barrikadaya!”. Kütlə məni əyləndirirdi və mən onlarla birgə
köhnə bazardakı şəhər bələdiyyəsinə tərəf hərəkət etdim. Küçələr qəzəbli izdi-
hamla dolu idi, amma
Rosmaringasse
nin eni boyunca hərəkət edən əzəmətli dəstə
xüsusi olaraq gözümə dəydi. Bir az mübaliğəli xarici görünüşləri ilə Vyanadan
gələn qaçqınları xatırladan bu adamlar nə zamansa teatra gəlib, “Riensi”yə sərbəst
giriş istəmişdilər. Hötenin “Eqmontun”da Fanzeni xatırladan qozbel də burada
idi. Ətrafdakı çılğın nidaların müşaiyəti ilə o, məmnunluqla öz uzun əllərini silir-
di: görünür, uzun intizardan sonra meydana çıxan inqilabi çılğınlıq onu sevindi-
rirdi. Bu andan etibarən, qeyri-adi hadisələrin gedişinin məni dərindən maraqlan-
dırdığını tamimilə aydın şəkildə xatırlayıram. Döyüşçülərin cərgəsinə qoşulmaq
kimi birbaşa arzum yox idi, amma həyəcanım və baş verənlərdə iştirak həvəsim
getdikcə artırdı. Üsyankar kütləyə qaynayıb-qarışmadan bələdiyyənin binasına
keçdim. Əvvəlcə mənə elə gəldi ki, şəhər təmsilçiləri xalqla əlbirdirlər. Amma hiss
olunmadan iclas zalının içinə daxil olarkən gördüm ki, burada tam qarışıqlıq və
karıxma hakimdir. Gecə düşüncə mən hər yerdə qurulan barrikadalardan astaca
keçərək, evə, gözdən-könüldən uzaq Fridrixştadta qayıtdım. Səhərisi, yenə ina-
nılmaz hadisələrin gedişini müşahidə etmək üçün erkəndən şəhərin mərkəzinə
yollandım. Çümə axşamı, mayın 4-də şəhər bələdiyyəsinin inqilabi hərəkatın əsas
mərkəzinə çevrildiyi bəlli oldu. Tezliklə xəbər yayıldı ki, kral və əyan-əşrəfi nazir
Beystin məsləhəti ilə sarayı tərk edib və Elba çayı ilə Keniqşteyn qalasına yola
düşüb. Bu xəbər monarxla sülh razılaşmasına ümid edənləri dəhşətli dərəcədə
həyəcanlandırdı. Belə şəraitdə şəhər bələdiyyəsi baş verənlərə görə məsuliyyəti öz
üzərinə götürməyə cəsarət etməyərək, Drezdendə olan deputatlara, Sakson par-
lamenti üzvlərinə müraciətlə çıxış etdi. Sonuncular vəziyyəti müzakirə etmək və
pozulmuş asayişi bərpa etmək müvafiq ölçülər götürmək üçün bələdiyyədə top-
laşdılar. Nazirlər Şurasına deputat heyəti göndərildi, amma nazirləri heç yanda
tapa bilmədilər. Sonra hər tərəfdən gələn şayiələr təsdiq olundu: baş tutan razılaş-
maya əsasən, Prussiya kralının qoşunları Drezdeni işğal etmək üçün irəliləyirlər.
Hamının beyninə bir fikir hakim idi: qoşunların müdaxiləsinə əngəl olmaq. Bu
zaman Vürtemberqdəki xalq hərəkatının uğurları barədə xəbər gəldi, orada ordu
parlamentə sadiq idi və irtica planları pozulmuşdu. Onlar hökuməti alman ittifaq
konstitusiyasının sarsılmazlığını qəbul etməyə vadar etdilər. Bələdiyyədə topla-