351
Rixard Vaqner
Mənim həyatım
şanlar bu şayiələri təqdir etdilər. Ümid yarandı: əgər sakson qoşunları özlərini
Vürtemberqdəkilər kimi aparmağa məcbur etsələr, məsələ sülh yolu ilə həll olu-
nacaq. Bu, kralı xilasedici qərar verməyə vadar etməli idi ki, o, vətənpərvərlik
motivlərilə ölkənin prussiyalılar tərəfindən işğalına əngəl yaratsın. Sanki hər şey
bir nəticəyə gəlib çıxırdı: Drezdendəki sakson qoşun hissələrinə onların davranışı-
nın həlledici əhəmiyyətini izah etmək. Şəxsən mən şərəfli sülhə nail olmaq ümidi-
ni, mənasız xaotik qarışıqlıqdan çıxış yolunu bunda görürdüm. Bu, istisna hal kimi
məni çox cəlb etdi: özüm nümayişi düşünüb, özüm də icra etdim, yeri gəlmişkən,
bunun heç bir faydası olmadı. Mətbəələrin ixtiyarında olan “Xalq vərəqəsi” tipində
iri sərlövhəli uzun zolaqlı kağızlarda birsətirlik “Bizimlə birgə düşmənə qarşısan-
mı?” şüarını yazdırdım. Həqiqətən də, bu şüarlar sakson əsgərlərinin hücumuna
məruz qalmalı olan barrikadalara bərkidilmişdi. Onlar döyüşə çıxarılacaq qoşun-
larla davranışı müəyyən etməli idi. Əslində, çuğullar istisna olunmaqla heç kəs
onlara diqqət yetirmirdi. Gün nəhəng həyəcanda keçmişdi, hər yerdə qarışıqlıq
hakim idi. Heç kəs heç nəyin əsl yerini bilmirdi. Amma müşahidə üçün barrika-
dalarla örtülmüş köhnə şəhər böyük maraq doğururdu. Həqiqətən də, hamının
ciddi müqavimətə hazırlaşdığını izləmək xoş idi. Qəfildən küçədə Bakuninə rast
gəldim. Qara frakda, həmişəki kimi damağında siqaret olan bu adam açıq-açığına
şəhərin qapalı küçələrini dolaşırdı. Drezden hadisələrinin onu heyran edəcəyinə
əmindim. Amma məlum oldu ki, səhv edirəm. Əhalinin müdafiə addımlarında
o, yalnız uşaq çarəsizliyinin əlamətlərini görürdü. Bununla yanaşı, Bakunin yal-
nız öz rahatlığını - polisdən gizlənməyə məcbur olmamaq və Drezdendən sakitcə
çıxmaq imkanı barədə düşünürdü. İş ona o qədər qeyri-ciddi görünürdü ki, ora-
da şəxsən iştirak etməyə marağı yox idi. O, damağında siqaret, sevincək halda
Drezden inqilabının vəziyyətini müzakirə edincəyədək diqqətimi yeni bir tamaşa
çəkdi: komendantın çağırışı ilə kommuna qvardiyası tam silahlanmış vəziyyətdə
bələdiyyə binasının qarşısında toplandı. Xüsusi fəxri atıcı hissənin sıralarından
Ritşl və Semper mənə tərəf çıxdılar. Rirtşl baş verənlərdən çox narahat idi. Semper
isə işin içində olduğumu düşündüyündən hədsiz çətin vəziyyətə düşməsilə bağ-
lı şikayət elədi. Qvardiyanın onun məxsus olduğu seçmə hissəsi qəti demokratik
istiqamətilə seçilirdi, o, incəsənət akademiyasının professoru idi və işini məmur
öhdəlikləri ilə eyni zamanda necə uyğunlaşdıracağını bilmirdi. “Məmur” sözü-
nün onun dilindən çıxması məndə qeyri-adi dərəcədə məzəli təəssürat yaratdı.
Diqqətlə Semperin gözlərinə baxdım və təkrar etdim: “Məmur!” O, heç bir izahat
vermədən qəribə təbəssümlə məndən uzaqlaşdı.