Rixard Vaqner
Mənim həyatım
352
237
Səhərisi, cümə günü, mayın 5-i müşahidəçi marağından doğan ehtirasın təsiri
ilə bələdiyyəyə getdim və işlərin qəti dönüş aldığından əmin oldum. Sakson parla-
mentinin deputatlarının əksəriyyəti belə bir qənaətə gəlmişdilər ki, rəsmi hökumət
artıq faktiki olaraq mövcud deyil, deməli, müvəqqəti hökumətin təşkilinə başla-
maq lazımdır. Gözəl natiqlik qabiliyyəti olan professor Kexliyə eyvandan xalqa bu
barədə təntənəli şəkildə elan etməsini tapşırdılar. O, öhdəliklərinə sadiq kommuna
qvardiya hissələrinin və azsaylı kütlənin qarşısında bu işin öhdəsindən məharətlə
gəldi. Buradaca alman ittifaq konstitusiyasının tam qorunacağı bəyan olundu və
silahlı xalq and içdi. Bütün bunların məndə xüsusi ruh yüksəlişi doğurmadığı-
nı xatırlayıram. Əksinə, Bakuninin bütün günü gözümün qarşısından getməyən
qeydlərinin, onun bu cür aksiyalara münasibətinin həqiqi mənasını anladım. Tex-
niki baxımdan onun bədbinliyi özünü doğrultdu. Samper tam nişançı formasında
və bayraqdar şlyapasında məni bələdiyyədən çağırdı. Təəccübümə rəğmən (
bu eyni
dərəcədə məni əyləndirirdi),
barrikadaların, xüsusən onlardan birinin –
Wildstrufergasse
Brüdergasse
küçələrinin kəsişməsində yerləşən barrikadanın nə qədər yöndəmsiz
qurulduğundan danışırdı. Semperin mühəndis hissiyatını sakitləşdirmək üçün
onu seçilmiş hərbi müdafiə komissiyasının kabinetinə göndərdim. Borcunu yerinə
yetirirmiş kimi, göstərişlərimə əməl etdi. Görünür, orada Semperə yaxşı müdafiə
olunmayan postun yenidən qurulması üzrə vacib işlərlə bağlı zəruri səlahiyyətlər
vermişdilər. O zamandan etirbarən Semperi daha Drezdendə görmədim. Yəqin, o,
üzərinə qoyulan vəzifənin öhdəsindən əsl memar kimi, hansısa Mikelancelo və ya
Leonardo da Vinçinin bədii-artistik könüllüyü ilə gəldi.
238
Sülh barədə danışıqlar səhəri günədək çəkdi. Bu zaman universitetdən tanı-
dığım vəkil Marşall fon Biberşteyn xüsusi enerjisi və natiqlik istedadı ilə fərqləndi.
Drezden kommuna qvardiyasının ober-zabiti qismində o, başqa natiqlərdən daha
çox şey etdi. Keçmiş yunan polkovniki Heynts elə həmin gün Drezden xalq döyüş-
çü qüvvələrinin komendantı seçildi. Bütün bunlar onsuz da şəhərin müxtəlif
məntəqələrində görünən Bakunini sakitləşdirmirdi. Müvəqqəti hökumət mənəvi
təsir etməklə məsələni dinc yolla yoluna qoymağa çalışırdı. O, prussiyalıların yax-
şı düşünülmüş hücuma hazırlaşdıqlarını aydın şəkildə görür və düşünürdü ki,
döyüşə hazır olmaq üçün müvafiq strateji ölçülər götürülməlidir. Amma üsyan
etmiş saksoniyalıların ciddi hərbi bilikləri olmadığından, o, inadla Drezdendə