353
Rixard Vaqner
Mənim həyatım
yerləşən təcrübəli polyak zabitlərini cəlb etməyi təklif edirdi. Hamı bu plandan
dəhşətlə üz döndərdi. Son nəfəsdə olan Frankfurtdakı ittifaq hökumətindən nəsə
gözləyirdilər. Sərt leqal yolla getməyə, parlamentarizm prinsiplərini qorumağa
calışırdılar. Bu arada həyat kifayət qədər xoş şəkildə davam edirdi. Gözəl yaz ax-
şamında nəcib xanımlar öz sevgililəri ilə barrikadaya alınmış küçələrlə addımla-
yırdılar. Bu, maraqlı tamaşanı xatırladırdı. Məni yumor qarışıq xoş əhval-ruhiyyə
bürüyürdü. Sanki, bütün bunlar qeyri-ciddi işlərdir, sanki, hakimiyyət tərəfindən
verilən sülhməramlı bəyannamə hər şeyi qaydaya salacaq. Bu fikirlərlə axşamın
gec saatlarında çoxsaylı əngəlləri aşaraq, tələsmədən özümün uzaq mənzilimə çat-
dım. Neçə vaxtdı arzuladığım “Axilles” sərlövhəli dramı yazmaq barədə düşünür-
düm. Evdə böyük bacım Lauranın qızları Klara və Ottiliya Brokhauz bacılarını
gördüm, onlar son vaxtlar Drezdendə bir müəllimənin yanında yaşayırdılar.
Həftədə bir dəfə məni ziyarətə gəlir və gəlişlərilə evə bir xeyli sevinc gətirirdilər.
Hamı alicənab-inqilabi əhval-ruhiyyədə idi, hamı barrikadalara rəğbət bəsləyirdi
və utanmadan onların tərəfdarlarına qələbə arzulayırdı. Barışıq davam etdiyi
müddətdə , mayın 5-i, cümə günü belə keçdi. Hər yerdən bütün Almaniyada ümu-
mi üsyanın mümkünlüyünə əmin edən xəbərlər gəlirdi. Baden, Pfalts ittifaq kons-
titusiyasının müdafiəsinə qalxmışdı, Breslavl kimi ayrı-ayrı şəhərlərdən də eyni
ruhlu xəbərlər daxil olurdu, Leypsiqdə Drezdenə köməyə tələsən tələbə korpusu
yaranmışdı. Drezdenə gələn bu korpusu əhali şövqlə qarşıladı. Bələdiyyədə xüsu-
si müdafiə departamenti təşkil olundu, orada “Loenqrin”in səhnələşdirilməsnə
olan ümidlərində kəskin şəkildə aldanan gənc Hayne də iştirak edirdi. Sakson
mədənlərindən də onların Drezden hərəkatına fəal rəğbət bəsləmələri və silahlı
yardıma hazır olmaları barədə xəbərlər gəlib çatırdı. Sanki, yalnız bu köhnə şəhər
barrikadalara yaxşıca bürünsə, Drezdeni hücumdan müdafiə etmək mümkün ola-
caq. Şənbə, mayın 6-da səhər tezdən məlum oldu ki, iş ciddi şəkil alır: Prussiya
qoşunları yeni şəhərə daxil olub. Əvvəlcə sakson əsgərlərinə hücum əmri üçün
qərar verə bilmirdilər, amma indi onlar əsgər borclarını yerinə yetirməli idilər.
Günorta barışıq müddəti sona çatdı və indi artilleriyanın dəstəklədiyi qoşunlar
üsyançıların yeni bazarda yerləşən əsas mövqeyinə hücuma başladı. Hələ də əmin
idim ki, ciddi mübarizə başlayan kimi məsələ qısa müddət ərzində həll olunacaq.
Çünki mən də, ətrafdakılar da ciddi şəkildə müdafiə olunmaq qətiyyəti hiss etmir-
dik, belə işlər isə coşqun ruh yüksəlişi olmadan həll edilmir. Uzaqdan atəş səslərinə
qulaq vermək əziyyətli idi, hadisələrin gedişini özüm müşahidə etmək istəyirdim
və mənim ağlıma
Kreuzturm
a qalxmaq gəldi. Oradan çox şeyi görmək olardı. Bir
saat müddətində atəş açan qoşunlar əvvəlcə tələsmədən irəli hərəkət etdilər, sonra
geri çəkildilər və nəhayət susdular. Qəfildən üsyançıların sevinc dolu səslərini qu-
lağım aldı. İlk hücum dəf edildi. Bu andan etibarən hadisələrdə iştirakım daha
çılğın çalar aldı. Dəqiq məlumat almaq üçün bələdiyyəyə tələsdim. Amma orada