Rixard Vaqner
Mənim həyatım
354
qeyri-adi qarışıqlıq içində heç nəyə nail ola bilmədim, nəhayət, mərkəzi məntə-
qələrdən birində Bakuninlə qarşılaşdım, o mənə aşağıdakı qeyri-adi məlumatları
verdi: yeni bazardakı təhlükəli barrikadanın müdafiəçilərinin tamamilə pərən-
pərən salındığı və qoşunların hücumu qarşısıında davam gətirmədikləri barədə
xəbər baş mənzilə daxil olmuşdu. O zaman dostumMarşall fon Biberşteynmüdafiə
komissiyasının üzvü Leo fon Sixlinski ilə birgə könüllüləri dəvət etdilər və onlarla
birgə təhlükəli məntəqəyə yola düşdülər. Freyberq dairə rəisi, müvəqqəti
hökumətin üzvü, öz vəzifəsində qalmış (
iki digər
şəxs
Todt və
Tşirner ilk həyəcan
siqnalındaca qaçıb
gizlənmişdilər)
Heybner tamamilə silahsız, başıaçıq halda müda-
fiəçilərin tərk etdikləri barrikadaya daxil oldu və kürəyini qoşunlara tərəf çevirərək,
alovlu sözlərlə könüllülərə özünü nümunə göstərdi. Onun bu uğurlu nitqindən
sonra barrikada geri alındı, oradan qoşunlara açılan gur atəş altında əsgərlər geri
çəkilməli oldular. Yüksəklikdən izlədiyim bu epizod könüllülərə qoşulan Bakuni-
nin gözü qarşısında baş verirdi. Bakunin mənə bildirdi ki, Heybnerin siyasi baxış-
ları nə qədər məhdud olsa da (
o,
Sakson parlamentində mülayim sol qanadı təmsil
edirdi
),
o, alicənab adamdır və Bakunin özünü tamamilə onun sərəncamına verir.
İndi o nə etməli olduğunu bilir. Həyatla risq etmək lazımdır və başqa heç nə barədə
sual verməyə ehtiyac yoxdur. Heybner də, görünür, qəti ölçü götürməyin
zəruriliyini anlayırdı və Bakuninin təklifləri onu qətiyyən qorxutmurdu. Bütün
qabiliyyətsizliyi üzə çıxan komendantın yanında təcrübəli polyak zabitlərindən
ibarət hərbi şura yaradılmışdı. Strategiya məsələlərindən başı çıxmayan Bakunin
bələdiyyəni və Heybneri tərk etmir, öz məsləhətlərilə yardım göstərir və qeyri-adi
soyuqqanlılıq nümayiş etdirirdi. Günün sonu müxtəlif məntəqələrdə üsyançılar
və qoşunlar arasında atışmalarla keçdi. Mən yenidən
Kreuzturm
a qalxmaq və ora-
dan bütün mənzərəni izləmək istədim. Ora qalxmaq üçün kral sarayında yerləşmiş
əsgərlərin açdıqları atəşin altında meydanı keçmək lazım idi. Meydan tamamilə
boş idi, amma onu asta addımlarla keçmək istəyirdim, yeri gəlmişkən, buradaca
xatırlayırdım ki, gülləyə hədəf olmamaq üçün gənc əsgərlərə də belə şəraitlərdə
tələsmək məsləhət görülmür. Qülləyə çatanda orada çoxlu adam vardı: bəzilərini
bura mənm kimi maraq gətirmişdi, bəziləri isə düşməni müşahidə etmək üçün
bura ezam olunmuşdular. Burada mən ixtisasca müəllim olan sakit, ürkək, amma
inamlı və qətiyyətli xarakterə malik Bertoldla tanış oldum. Biz ciddi fəlsəfi
mübahisə etdik, dinin mücərrəd məsələlərinə toxunduq. O, qüllə keşikçisindən
bizi buradək gəlib çatan güllələrdən qorumaq üçün küləş döşək istədi
:
Frauenkirc-
he
qülləsində yerləşən Prussiya nişançılarına bizim olduğumuz mövqeni atəşə tut-
maq əmr edilmişdi. Nə olur-olsun, gecəyədək özümün maraqlı müşahidə postu-
mu tərk edib, evə getmək istəmirdim, buna görə də qarovulçunu dilə tutdum ki,
köməkçisini bizə - Fridrixştadta arvadımdan yemək üçün nəsə gətirməyə
göndərsin. Beləcə, mənim həyatımın ən qeyri-adi gecələrindən birini kilsə