355
Rixard Vaqner
Mənim həyatım
zənglərinin səsi və divara dəyən Prussiya güllələrinin fasiləsiz vıyıltısı altında ke-
çirdim. Bertold və mən növbə ilə yatır və keşik çəkirdik. Bazar günü – mayın 7-si
həmin ilin ən gözəl günlərindən biri oldu. Yaxınlıqdakı bağlardan birindən uçub
gəlmiş bülbülün səsinə oyandım. Şəhərdə, onun hündürlükdən görünən geniş
ətraf bölgələrində sakitlik və dinclik hakim idi. Yalnız dan yerinin ağarması ilə
onları yüngül duman bürüdü, bu dumanın içində mən
Tharander Strasse
tərəfdən
gələn “Marselyoza”nın musiqisini açıq-aydın eşidirdim. Səslər yaxınlaşdıqca du-
man çəkilirdi və parlaq qızılı günəş şəhərə yaxınlaşan uzun cərgənin parlaq silah-
larında bərq vurdu. Bu ecazkar mənzərəni görüb, heyran olmamaq mümkün de-
yildi. Uzun müddətdir alman xalqında mövcudluğunu ümidsizcəsinə inkar etdi-
yim (
bu inkar
şəxsən mənim özümün əhval-ruhiyyəmdəki bədbinliyin artmasına səbəb
olurdu)
qüvvə indi birdən qeyri-adi gücü ilə gözlərim qarşısında dayandı. Yüz
nəfərdən az olmayan silahlı və təşkilatlanmış qazmaçıların dəstəsi Drezdenin
müdafiəsinə tələsirdi, onların əksəriyyəti dağ mədənlərindən gəlmişdi. Onları
tezliklə şəhərin bələdiyyə ilə üzbəüz yerləşən köhnə bazarında gördük, xalqın se-
vinc çığırtıları ilə qarşıladığı dəstə istirahət düşərgəsində yerləşdi. Gün ərzində bu
cür dəstələrin gəlişi davam edirdi. Bu, xalqın ruhuna səmərəli təsir edən dünənki
günün cəsarətinin mükafatı idi. Görünür, əsgərlər taktikanı dəyişmişdilər: onlar
hər hansı məntəqəyə həlledici hücumdan imtina edir və eyni zamanda, bir neçə
yeri atəşə tuturdular. Bizə köməyə gələnlər özləri ilə cənab Tade fon Burqkaya
məxsus dörd balaca top gətirmişdilər, Burqka ilə Drezden xor cəmiyyətinin açılışı
münasibətilə düzənlənən ziyafətdə tanış olmuşdum. O zaman həddən artıq xeyir-
xah, amma eyni zamanda gülməli dərəcədə darıxdırıcı nitq söyləmişdi. Barrikada-
dan əsgərlərə atılan güllələr, bu kanonada – ah, taleyin istehzası! – nə üçünsə mənə
onun nitqini xatırlatdı. Saat 11 ərəfəsində bir neçə həftə əvvəl içərisində Doqqu-
zuncu sumfoniyanı dirijorluq etdiyim köhnə opera binasını alovun qucağında
görəndə məndə inanılmaz dərəcədə dəhşətli təəssürat yarandı. Xatırlatdığım kimi,
bu, müvəqqəti tikilmiş, ağac və taxtalarla doldurulmuş bina idi, yanğın baxımın-
dan təhlükəli idi: bu şərait ziyarətçilər üçün daim təhlükə mənbəyi idi. Mənə izah
etdilər ki, onu strateji mülahizələrdən çıxış edərək yandırıblar: əsgərlərin təhlükəli
hücumunun qarşısını alsınlar və məşhur Semperov barrikadasını gözlənilməz hü-
cumdan qorusunlar. Buradan belə bir əxlaqi nəticə çıxarmaq olardı: bu cür
mülahizələr şəhərin həyatında estetik xarakterli motivlərdən daha çox əhəmiyyət
daşıyır. Sonuncu motivlər həmişə gözəl Svingeri eybəcərləşdirən yöndəmsiz bina-
nı sökmək üçün yetərli olmayıb. Yanğına həssas materiallarla dolu, öz ölçülərilə
rəğbət doğuran bina bir neçə dəqiqənin içində alovun qurbanı oldu. Alov Svinger
yaxınlığındakı qalereyaların dəmir dam örtüyünə çatanda, dam örtükləri sanki
onun mavi dalğalarında hərəkət edəndə, tamaşaçılar təbii-elmi kolleksiyaların
zərər çəkəcəyindən narahatlıqlarını ifadə etdilər. Digərləri düşündülər ki, alov