Rixard Vaqner
Mənim həyatım
356
qədim cəngavər yaraq-əsləhəsinin yerləşdiyi silah palatasına ziyan vura bilər, bu-
nunla belə, vətəndaşlardan biri hesab edirdi ki, burada təəəsüflənməli heç nə yox-
dur: qoy, bu saray müqəvvəları yanıb kül olsun. Amma yanğının qarşısını aldılar,
görünür, incəsənətə hörmət hissi üstün gəldi, çünki əslində bu yanğın xüsusi zi-
yan verə bilməzdi. Bizim nisbətən sakit rəsədxana məntəqəmiz tezliklə silahlı
adamlarla doldu, onlar bura köhnə bazarın qorunması üçün ezam olunmuşdular.
Yaxşı müdafiə olunmayan
Kreuzgasse
tərəfindən hücum təhlükəsi vardı. Silahsız
adamların burada görə biləcəyi bir iş yox idi. Bundan başqa, mənim yanıma hədsiz
narahat olmuş arvadımdan elçi gəldi, o, evə qayıtmağımı xahiş edirdi. Yalnız bö-
yük əziyyət və xeyli vaxt itkisi hesabına dolanbac yollarla özümün uzaq Forştad-
tıma gəlib çata bildim. Mübarizə qızğın həddə çatmışdı, Svinger tərəfdən isə güclü
top atəşi guruldayırdı. Evim həyəcanlı qadınlarla dolu idi, onların arasında Reke-
lin son dərəcə narahat olmuş arvadı da vardı. Qadın tam əmin idi ki, əri Drezendəki
üsyandan xəbər tutan kimi özünü bura atıb və əlbəttə ki, döyüşün ən mərkəzi
nöqtəsindədir. Həqiqətən də, Rekelin qayıtdığını eşitşəm də, özüylə qarşılaşma-
mışdım. Gənc bacıqızlarım məni həddən artıq əyləndirirdi: onlar fasiləsiz
atəşlərdən heyranlıq duyurdular və hətta öz əhval-ruhiyyələrini arvadıma da
ötürə bilmişdilər, bundan sonra mənə görə narahat olan arvadım da sakitləşmişdi.
Hamı heykəltəraş Henelin davranışından heyrətə düşmüşdü: o, evinin qapısını
bərk-bərk bağlamışdı ki, inqilabçılar ora daxil olmasın. Dəryazla silahlanmış
adamlar onu xüsusən qorxuya salırdı və qadınlar buna görə onu məsxərəyə qo-
yurdular. Bazar günü belə bir bayram əhval-ruhiyyəsində keçdi.
239
Sonrakı gün, bazar ertəsi, mayın 8-də, səhər işlərin nə yerdə olduğunu bilmək
üçün döyüş meydanından təcrid olunmuş mənzilimdən çıxıb yenə bələdiyyə
tərəfə keçməyə cəhd göstərdim
.
Annenkirche
ətrafında barrikadaların birini aşanda
hansısa kommuna qvardiyaçısı mənə çığırdı: “Cənab kapelmeyster,
Freude,
schöner
Gotterfunken”.
Görünür, o, “Doqquzuncu simfoniya”nın ifa olunduğu konsertdə
iştirak edən tamaşaçı heyranlarımdan idi. Onun belə bir şəraitdə gözlənilməz olan
pafosu məni ruhlandırdı. O, içimdəki hansısa qüvvələri azadlığa çıxardı. Bir az
aralıda,
Plauen
ətrafındakı xəlvət küçələrdə kamera musiqiçisi Hibendalla rastlaş-
dım, son vaxtlaradək o, kral kapellasının hörmətli qaboyçularından idi. Kommu-
na qvardiyaçısı formasında, özü kimi geyinmiş bir silahsız adamla çənə döyürdü.
Məni görən kimi Rekelin əleyhinə çıxmağımı xahiş etdi. Rekel inqilabçı dəstəsinin
müşayiətilə bu məhəllədə silah tapmaq məqsədilə axtarış aparırdı. Mən maraqla
Rekel barədə soruşanda o, əvvəlcə qorxdu, sonra təlaşla sual verdi: “Amma, cənab