357
Rixard Vaqner
Mənim həyatım
kapelmeyster, məgər siz bu cür açıq danışmaqla öz vəzifənizi itirəcəyinizdən
qorxmursunuz?”. Bu xatırlatma məni cin atına mindirdi. Qəhqəhə çəkib izah
elədim ki, öz vəzifəmi o qədər də yüksək qiymətləndirmirəm. Gizlətdiyim yaxşı
əhval-ruhiyyə sevinclə aşkara çıxırdı. Bu zaman iki polis nəfərinin müşayiət etdiyi
Rekeli gördüm, onlar silah aparırdılar. Rekel mənimlə dostcasına görüşdü, dərhal
da qınaqla Hibendala və onun yoldaşına müraciət etdi: nə üçün əyinlərində kom-
muna qvardiya mundiri varkən, öz postlarında deyillər? Hibendal özünə bəraət
qazandırdı: onun silahını əlindən alıblar. Cavabında Rekel çığırdı: “Mənim sizə
daha sözüm yoxdu, əla uşaqlarsınız”. Sonra da gülərək irəliyə doğru hərəkət etdi.
Biz birgə addımlayarkən o mənə Drezdendə olmadığı müddətdə başına gələnlər
barədə qısaca danışdı və “Xalq vərəqəsi” barədə hesabatımı dinlədi. Həmin anda
yaxşı silahlanmış gənclərdən, gimnastika cəmiyyətinin üzvlərindən ibarət böyük
dəstə bizi ayırdı, onlar Drezdenə yeni gəlmişdilər və yollanmalı olduqları toplan-
ma məntəqəsinə gedən yolu göstərməyimizi istəyirdilər. Yüzlərlə qəti hərəkətə
hazır olan gənci görməyim ovqatımı xeyli yüksəltdi. Rekel onları barrikadaların
labirintindən keçməklə bələdiyyə ilə yanaşı meydana aparmaq missiyasını öz
üzərinə götürdü. Söhbət zamanı o, komandanların əsl enerjisinin çatışmadığın-
dan gileyləndi. Rekel xüsusi təhlükədə olan barrikadaları qətran halələrilə əhatə
etməyi təklif etdi. Amma müvəqqəti hökumətin təmsilçiləri elə təkcə bu sözləri
eşidib yaxşı mənada dəhşətə gəldilər. Ona öz yoluyla getməyə mane olmadan qısa
yolla bələdiyyəyə doğru addımladım və bir də onu yalnız on üç ildən sonra gör-
düm. Bələdiyyədə Bakunindən öyrəndim ki, müvəqqəti hökumət onun planını
qəbul etməyə hazırlaşır. Uzunmüddətli müqavimət üçün az səmərə verən Drez-
den mövqeyini tərk etmək və buradan tam silahlanmış halda dağ mədənlərinə
çəkilmək lazım idi, ora hər yandan, o cümlədən, Türingiyadan da çoxsaylı silahlı
dəstələr axışırdı. Alman xalq müharibəsi başlamışdı və dağlarda yaxşı mövqe tut-
maq daha ağlabatan görünürdü. Bütün cəsarətinə rəğmən, barrikadalarda gələcək
mübarizə küçə qiyamı xarakteri daşıyacaqdı. Etiraf edim ki, bu fikir mənə gözəl
və əhəmiyyətli göründü. Əvvəl məndə mərhəmət oyadan, ironiya və sarkazmdan
məhrum olmayan, sonra isə böyük təəccüb doğuran şey vacib və olduqca dərin
əhəmiyyəti olan hadisəyədək böyüdü. Heç bir arzu, hər hansı funksiyanı üzərimə
götürmək kimi vəzifə hiss etmirdim, amma əvəzində şəxsi vəziyyətlə bağlı hər
hansı fikrə əlimi yelləyirdim. Hadisələrin axınına düşməyi, ümidsizliyə bənzər
sevincli hisslə ovqata tabe olmağı qərara almışdım. Amma arvadımı Drezdendə
köməksiz qoymaq istəmədiyimdən, tez bir zamanda özünə heç nəyi izah eləmədən
onu buradan necə aparmaq barədə plan cızdım. Tələsik Fridrixştadta qayıdarkən
öyrəndim ki, şəhərin bu hissəsini Prussiya əsgərləri ələ keçirib və bölgə daxi-
li hissədən təcrid olunub. Aydın idi ki, işğal və hərbi mühasirə bizim qəsəbənin
sakinləri üçün bir yığın xoşagəlməzlik yaratmışdı.
Tharauder Strassedən
asanlıq-