Rixard Vaqner
Mənim həyatım
358
la keçməklə Minnanı təcili azad olan Hemnisə, ərdə olan bacım Klaranın yanına
getməyə razı sala bildim. O, qısa bir zamanda evdə lazım olan hər şeyi hazırladı
və bir saatdan sonra tutuquşu ilə yaxınlıqdakı kəndə gəlməyi vəd etdi, mən bu-
rada Pepslə Hemnisə qədər getmək üçün at tutmalı idim. Gözəl bir yaz səhəri idi,
tənha gəzintilərimin adi yolu ilə son dəfə gedirdim, bir daha bura qayıtmayacağı-
mı anlayırdım. Torağaylar oxuyurdu, zəmilərin üzərindən uçuşurdular, şəhərdən
isə fasiləsiz top səsləri gəlirdi. Amma beynim son günlər atəş səslərinə o qədər
öyrəşmişdi ki, onlar məni sonra da uzun müddət təqib elədi: dəniz səyahətindən
sonra da Londonda ayaqlarımın altında yerin də bu cür titrədiyini hiss edirdim.
Dəhşətli musiqi səsi altında şəhərə salam göndərdim. Uzaqdan görünən qüllələrə
baxarkən təbəssümlə etiraf etdim ki, yeddi il əvvəl mənim bura gəlişim çox sakit
şəraitdə baş vermişdi, amma indi mən Drezdeni hədsiz əzəmətli şəraitdə tərk edir-
dim.
240
Minna ilə birgə ekipajda dağlara tərəf irəlilədikcə bizim yanımızdan tez-tez
yeni-yeni silahlı dəstələr keçirdilər. Bu mənzərə bizi qeyri-iradi dərəcədə sevindi-
rirdi. Hətta arvadım onlarla təqdiredici tərzdə danışırdı: heç bir barrikada hələ
alınmayıb. Əksinə, Drezdenə tərəf sakitcə istiqamət götürən piyada dəstəsi bizdə
ağır təəssürat yaratdı. Əsgərlərdən bəzilərinə ünvanlanan “hara gedirsiniz?” sua-
lına onlar quru, əvvəlcədən onlara təlqin olunmuş qaydada cavab verirdilər ki,
borclarını yerinə yetirirlər. Biz Hemntisə gələndə qohumlarım elə səhərisi işlərin
nə yerdə olduğunu bilmək üçün Drezdenə qayıdacağım barədə bəyanatdan qor-
xuya düşdülər. Məni nə qədər dilə tutsalar da, öz qərarımı icra elədim. Ümid edir-
dim ki, yolda şəhəri tərk edən silahlı xalq dəstələrini görəcəyəm. Amma Drezdenə
yaxınlaşdıqca şayiələr özünü doğruldurdu: orada nə təslim, nə də geri çəkilmək
barədə düşünürdülər, çünki mübarizə xalq partiyası üçün çox səmərəli şəkildə
gedirdi. Bütün bunlar mənə inanılmaz möcüzə kimi görünürdü. Ən gərgin ovqat-
da, çərşənbə axşamı, mayın 9-də mən yenidən qədim şəhərin bələdiyyəsinə tərəf
getdim. İrəliləmək günü-gündən çətinləşirdi. Küçələr dolu idi və dağılmış evlərin
arasından yol tapmaq lazım gəlirdi. Axşam düşmüşdü. Gördüklərim, həqiqətən
də, dəhşətli idi: keçdiyim hissələrdə sakinlər şəhəri ev-ev qorumağa hazırlaşırdı-
lar. Fasiləsiz top gurultusu və silah, atəş səsləri barrikadadan barrikadaya,
keçiddən keçidə çığıran silahlı xalq kütlələrinin səslərini tamamilə batırırdı. Bu
səslər anlaşılmaz vızıtlını xatırladırdı. Hər yerdə qətran tonqalları alovlanırdı, ke-
şikçi postlarındakı bənizi ağarmış yorğun adamlar onların yaxınlığında uzanmış-
dılar. Hər yoldan keçəni ciddi şəkildə səsləyib, sorğu-suala tuturdular. Amma