359
Rixard Vaqner
Mənim həyatım
bələdiyyəyə daxil olanda mənə qeyri-adi təəssürat hakim oldu. Burada gərgin,
yaxşı təşkil olunmuş ciddi mübarizə gedirdi. Bütün üzlərdə böyük yorğunluğun
izləri vardı, bir səs belə, təbii səslənmirdi: hamının səsi möhkəm xırıldayırdı. Yal-
nız qəribə geyimdə və üçbucaqlarda olan qoca lakeylər alicənab görkəmlərini sax-
lamışdılar. Adi vaxtda qeyri-adi dəhşət aşılayan bu gövdəli adamlar bəzən buterb-
rod düzəldir, vetçina və kolbasa kəsir, bəzən də azuqə ilə dolu səbətləri barrikada-
dangələnelçilərəverirdilər.Onlar inqilabınqayğıkeş ev sahibələrinə çevrilmişdilər.
Bələ-diyyədə mən qorxularından gizlənən müvəqqəti hökumətin üzvlərindən
Todt və Tşirnerlə qarşılaşdım. Onlar vəzifələrinin icrasına qayıtmışdılar və ağır iş
görə-görə kölgə kimi sakitcə irəli-geri vurnuxurdular. Təkcə Heybner özünün bü-
tün enerjisini saxlamışdı, amma onun görünüşü mərhəmət oyadırdı: gözlərində
əsəbi qığılcım parıldayırdı, o, yeddi gün idi ki, bir dəqiqə də olsun, yatmırdı. Məni
sevinclə qarşıladı, hesab edirdi ki, gəlişimmüdaifə elədiyi iş üçün yaxşı əlamətdir.
O, hadisələrin axınında özü üçün haqqında müəyyən anlayışı olmayan ünsürlərlə
qarşılaşmşdı. Yalnız Bakunin tam əminliyini və sakitliyini saxlayırdı. Hətta onun
zahiri görünüşü, azacıq da olsun dəyişməmişdi, halbuki, bu müddət ərzində bir
dəfə də gözünün dincini almamışdı. Bakunin məni bələdiyyə zalında yerə salın-
mış döşəklərdən birinin üstündə, damağında siqaret qəbul etdi. Yanında Heym-
berqer adlı gənc polyak (
qalisiyalı)
oturmuşdu. Bu, Bakuninin bu yaxınlarda Li-
pinski üçün tövsiyyənamə istədiyi skripkaçı idi. Bakunin, ona ehtirasla bağlanan
bu çox gənc və təcrübəsiz adamın hadisələrin girdabına düşməsini istəmirdi. İndi
özü bu oğlanla barrikadaların birində qarşılaşmışdı. Onu bələdiyyəyə gətirmişdi
və gənc hər dəfə top atəşinin səsindən diksinəndə Bakunin özünə gəlməsi üçün
onu dümsükləyirdi. Deyirdi: “Bu sənin üçün skripka deyil, musiqiçi, sən gərək
evdə oturaydın”. Burada olmadığım müddətdə baş verənlər barədə Bakunindən
qısa və dəqiq məlumat aldım. Həmin gün müdafiə barədə verdikləri qərardan im-
tina etmişdilər, çünki şəhərə yeni gələndəstələrin bu qərardandüşkünləşəcəyindən
ehtiyat edirdilər. Əksinə, mübarizə yanğısı və müdafiəçilərin qüvvəsi güclü oldu-
ğundan, hələ əsgərlərlə uğurla döyüşmək mümkün idi. Amma bu müddət ərzində
çoxlu qoşun gəlmişdi və bu yaxınlarda Vildştruf barrikadasına olunan hücum
uğurla nəticələnmişdi. Prussiya əsgərləri küçə döyüşlərindən imtina edib, başqa
taktikaya keçmişdilər: onlar uçulmiş divarlardan keçərək, evləri bir-bir tuturdular.
Öncədən görmək olardı ki, barrikadalarda müdafiə faydasız olacaq və düşmən
astaca, amma dəqiqliklə müvəqqəti hökumətin iclas keçirdiyi bələdiyyəyə daxil
olacaq. Bakunin bu səbəbdən barıt ehtiyatlarını bələdiyyənin anbarına yığıb, qo-
şunlarn yaxınlaşdığı vaxtda onu partlatmağı təklif edirdi. İç otaqlarından birində
toplaşan şəhər idarəsi qətiyyətlə bunun əleyhinə çıxdı. Bakunin isə bu addımın
zəruri olmasında inad edirdi. Amma onu aldatdılar, bələdiyyədən bütün barıtı
götürüb məhv elədilər və bundan başqa, Heybnerin mərhəmətindən istifadə