Rixard Vaqner
Mənim həyatım
360
etdilər, Bakunin isə heç vaxt onun bir sözünü iki etmirdi. Beləliklə, üsyançıların
yüksək ruhunu nəzərə alıb, sabah erkəndən dağ mədənlərinə doğru çəkilməyə
qərar verdilər,
Plauen
ə strateji yolun bağlanması gənc Zixlinskiyə tapşırıldı. Rekel
barədə sualıma Bakunin qısa cavab verdi: dünən axşamdan onu görməyiblər. Ola
bilsin, əsir düşüb – o, həddən artıq əsəbi olmuşdu. Öz növbəmdə , Hemnisə gedib-
qayıdarkən gördüyüm hər şey – yaxşı silahlanmış dəstələr, bir neçə minlik Hem-
nis kommuna qvardiyası barədə məlumat verdim.
Freyberq
də ehtiyatda olan dörd
yüz əsgərlə qarşılaşdım, onlar xalq döyüşçülərinə köməyə gedirdilər, amma
sürətlə yürüş etdiklərindən, dinclərini almaq üçün dayanmışdılar. Görünür, isteh-
kamçı arabalarını ələ keçirməyə ürək eləmirdilər. Aydın idi ki, loyal sərhədləri
keçmək sağlam döyüş qüvvələrinin axınına yardım göstərmiş olardı. Müvəqqəti
hökumətin bu addıma razı olduğunu onlara bildirmək üçün təcili geri qayıtmağı-
mı xahiş etdilər. Buradaca köhnə dostum məni ötürməyi üzərinə götürdü –
müvəqqəti hökumətin üzvü olan Marşall fon Biberşteyn bu cür göstərişlərin ünva-
na çatdırılması üçün məndən daha uyğun adam idi. Yuxusuzluqdan lap əldən
düşmüş, səsi az qala tamam batmış bu həddən artıq fəal inqilabçı mənimlə birgə
bələdiyyədən
Plauen
qəsəbəsindəki mənzilinədək getdi, biz yuxarıda qeyd etdi-
yim çətin yollardan keçdik. Orada o elə həmin gecə bir tanış arabaçı vasitəsilə bizə
ekipaj tapmağa ümid edirdi və eyni zamanda ailəsi ilə halallaşmaq istəyirdi. Çün-
ki ailəsindən uzun müddətə ayrılacağını düşünürdü. Arabanı gözlərkən qadınlar-
la sakitcə söhbət mühitində şam elədik və çay içdik. Səhər bir sıra macəralardan
sonra
Freyberq
ə çatdıq, orada dərhal ehtiyat dəstələrinin tanış rəislərini axtarmağa
başladım. Marşall onlara kəndlərdən araba və at ehtiyatı görməyi əmr etdi. Dəstə
nəhayət, Drezdenə yola düşəndə məndə yenidən ora qayıtmaq kimi ehtiraslı arzu
oyandı. Marşall ölkənin dərinliklərinədək irəliləməyi qərara almışdı, orada da öz
vəzifəsini yerinə yetirəcəkdi, onunla ayrıldıq. Təcili poçtla dağ mədənlərinin
yüksəkliklərinin əksinə,
Tarnadu
ya tərəf yola düşdüm və faytondaca yatdım.
Birdən möhkəm çığırtı səsinə oyandım: poçtalyon kimləsə qızğın mübahisə edirdi.
Gözlərimi açanda çox təəccübləndim: bütün yol silahlı adamlarla dolu idi, onlar
Drezdenə getmir, əksinə, oradan gəlirdilər, onlardan bəziləri yorğunluqlarını əsas
gətirərək, ekipajdan istifadə emək istəyirdilər. Çığırdım: “Bu nə deməkdir? Siz
hara gedirsiniz?”. Cavab verdilər: “Vətənə ! Drezdendə hər şey bitdi! Orada bizim
ardımızca faytonda müvəqqəti hökumət gəlir”. Cəld ekipajdan yerə atıldım, onu
yorğun polislərin ixtiyarına verdim və sıldırım yolla faytonun, uğursuzluğa uğra-
mış müvəqqəti hökumətin qarşısına qaçdım. Həqiqətən də, astaca dağa doğru
hərəkət edən muzdla tutulmuş gözəl ekipajda Heybner, Bakunin, poçt idarəsinin
enerjili katibi Martin oturmuşdular, sonuncu ikisinin əlində silah vardı. Bütün ka-
tiblik, demək olar, qozlaya sığışmışdı. Onların ardınca gələn polislər kütləsinin
içində daha çox yorğun olanlar ekipajdan yapışıb, ona qalxmaq istəyirdilər. Tez o