361
Rixard Vaqner
Mənim həyatım
tərəfə qaçdım. Hər şeydən əvvəl, ekipaj sahibi ilə müvəqqəti hökumətin muzdlu
arabaçısı arasındakı qəribə söhbətin şahidi oldum. Bu adam yalvarırıdı ki, ekipaja
yazıqları gəlsin. Onun incə yayları bu qədər yükə tab gətirə bilməz, buna görə də
o, öndən və arxadan ekipajdan yapışmamağı xahiş edirdi. Bakunin sakitcə mənə
Drezdendən geri çəkilməyin cüzi itki hesabına başa gəldiyini izah etməyə başladı.
Səhər tezdən o, Maksimilian xiyabanındakı cavan ağacları kökündən çıxarmağı
əmr etdi, bu, həmin hissədən kavaleriya hücumundan geri çəkilənləri qorumaq
üçün idi. “
Die scheenen Beeme”
üçün ağlaşma quran bulvar sakinlərinin şikayətləri
onu çox əyləndirirdi. Bu arada ekipaj sahibinin yalvarışları getdikcə daha da
zəhlətökən olmuş, hönkürtüyə keçmişdi. Bakunin sakitcə, razılıq hissilə bu səhnəni
müşahidə edirdi. O, yalnız bircə dəfə səsini çıxardı: “Filisterlərin göz yaşları – Al-
lahlar üçün nektardır”. Amma Heybnerlə mənim üçün bu, çox ağır səhnə idi.
Heybner düşünürdü ki, bəlkə, bizim ekipajdan düşməyimiz lazımdı: o, yorğun
adamları düşməyə məcbur etmək istəmirdi. Məlum oldu ki, onsuz da biz ekipajı
tərk etməliyik, çünki yoldakı dəstələr müvəqqəti hökuməti salamlamaq üçün bi-
zim ətrafımızda şosseyə düzülüb. Onlar sonrakı tapşırıqları gözləyirdilər. Heyb-
ner böyük ləyaqətlə silahlı vətəndaşların arasından keçdi, o, rəhbərlik edənlərə
durumu izah edir, əvvəlki kimi, uğrunda bu qədər qan tökdükləri qurumun uğur
qazanacağına inanmağa çağırırdı. Heybner Freyberqə getmək və orada sonrakı
tapşırıqları gözləmək əmrini verdi. O zaman xalq qoşunlarının arasından Mens-
dorf adlı bir sadə gənc çıxdı, o, alman-katolik vaizi idi, onu sözün yaxşı mənasında
hələ Drezdendən , tanıyırdım (
ciddi söhbətlərin birində ilk olaraq o, mənə Feyerbaxın
əsərləri ilə tanış
olmağı məsləhət görmüşdü).
Mensdorf müvəqqəti hökumətdən Hem-
nis kommuna qvardiyasının komandirlərinin zorakılığından müdafiə istəyirdi.
Silahlanmış kommuna qvardiyası Hemnisdən Drezdenədək, demək olar ki, onun
və onun təşkil etdiyi xalq nümayişinin təsiri altında çıxış edirdi. İndi isə Hemnis
kommuna qvardiyasının komandirləri onu yürüş edən vətəndaşlarla birgə, sanki,
əsir kimi aparır, onunla pis davranırlar. Mensdorfu yalnız böyük alicənablıq
göstərmiş başqa dəstələrlə görüş sayəsində buraxmışdılar. Hemnis kommuna
qvardiyası uzaq dağlarda yerləşirdi. Oradan işlərin vəziyyətini öyrənmək üçün
elçilər gəldi. Müvəqqəti hökumətin nə olursa-olsun mübarizəni davam etdirmək
qərarı barədə eşidəndə onlara yerləşmək üçün Hemnisdəki baş qərargahlarını
təklif etdilər. Elçilər öz dəstələrinin yanına qayıdanda biz onların necə dağlara
doğru çəkildiklərini gördük. Bir neçə dayanacaqdan sonra bizim araba karvanı
birtəhər Freyberqə çatdı. Şəhərin küçələrində Heybneri qarşılayan dostları inadla
burada baş qərargah qurmağı və Freyberqə küçə döyüşlərinin dəhşətlərini yaşat-
mamağı xahiş edirdilər. Heybner onlara heç bir cavab vermədi, məni və Bakunini
isə iclasa çağırdı. Burada biz Heybnerin arvadı ilə ürəkağrıdan görüşünün şahidi
olduq. O, qısaca, bir neçə kəlmə ilə baş verənlərin əhəmiyyətini qadınına izah etdi,