Rixard Vaqner
Mənim həyatım
362
anlatdı ki, söhbət Almaniyanın taleyindən, onun ləyaqəti uğrunda mübarizədən
gedir və Heybner bu mübarizə uğrunda canını verməyi qərara alıb. Sonra səhər
yeməyi verildi, yemək zamanı biz yetərincə gümrah ovqatda idik. Səhər
yeməyindən sonra Heybner qısa, sakit, amma qətiyyətli nitqlə Bakuninə müraciət
etdi, hərçənd onun soy adını düzgün tələffüz eləmədi: “Əziz Bakunin, sonrakı hər
hansı addımı atmazdan əvvəl sənin özündən eşitmək istəyirəm: doğrudurmu ki,
sənin siyasi məqsədin, mənə deyildiyi kimi, qırmızı respublikanın qurulmasıdır?
Açıq de, çünki bilməliyəm, qarşıda dostluğuna ümid edə bilərəm, ya yox”. Baku-
nin tam səmimiyyətilə etiraf etdi ki, siyasi quruluşun xarakteri onu maraqlandır-
mır və buna görə həyatını qurban verməyə hazırlaşmır. Drezdendəki küçə üsyan-
larının və ümumiyyətlə, Almaniyanın bu hərəkatı ilə bağlı olan heç nəyin onun
şəxsi arzularına, ümidlərinə bir aidiyyatı yoxdur. O, Heybnerin comərd və alicənab
şəxsi nümunəsini görüncəyədək bu hərəkatı səfeh və gülünc bir şey hesab edirdi.
O zamandan Bakuninin siyasi mülahizələri və baş verən hadisələrə mənfi
münasibəti arxa plana keçdi və o, bu gözəl insanın sadiq köməkçisi olmaq qərarını
verdi, halbuki, Heybnerin mötədillər partiyasına mənsub olduğunu bilirdi. Baku-
nin onun tarixi missiyasını müzakirə etmirdi, çünki ümumiyyətlə, Almaniyadakı
siyasi partiyalarla tanışlıq imkanı olmamışdı. Heybner bu izahatla kifayətləndi və
başqa suala keçdi: Bakunin işlərin hazırkı durumu ilə bağlı nə düşünür? Ümidsiz
mübarizədən imtina edib, üsyançı dəstələri buraxmaq daha ağıllı və düzgün ad-
dım olmazdımı? Bu suala Bakunin özünəməxsus qəti və sakit əminliklə cavab ver-
di ki, Heybnerdən başqa hər bir şəxs mübarizədən imtina edə bilər. Çünki Heyb-
ner müvəqqəti hökumətin birinci üzvü kimi xalqı silahlı mübarizəyə çağırıb. Onun
arxasınca gediblər, yüzlərlə insan həyatını qurban verib. İndi etirazçıları burax-
maq qurbanların boş illüziya naminə verildiyini təsdiq etməkdir və əgər bu yolda
o və Heybner tək qalacaqlarsa belə, öz postlarında dayanmalıdırlar. Məğlub ola-
caqları təqdirdə, onlar həyatlarını qurban verməyə borcludurlar: onların şərəfi
ləkələnməməlidir ki, xalq yeni inqilabi çağırış zamanı azad olmağa ümidini
itirməsin. Bu sözlər Heybneri qərar verməyə vadar etdi. O, dərhal bütün Saksoni-
yadan nümayəndələrin seçkisini çağırdı, Hemnisdə təsis yığıncağının təşkil oluna-
cağını elan etdi. Bu arada Hemnisə əhalinin yüksək ruhda olması, yeni xalq
qüvvələrinin daimi axını ilə bağlı xəbərlər gəlirdi. Heybner orada müvəqqəti
hökumətin güclü mərkəzini yaratmağa və Almaniyada ümumi vəziyyət
aydınlaşanadək gözləməyə ümid edirdi. Bizim toplantı zamanı bir neçə gündür ki
qoşunlara komandanlıq edən mətbəə sahibi Stefan Born gəldi. Heybner onun
fəaliyyətindən çox razı idi. Born geri çəkilən dəstələrin heç bir itki olmadan, öz
qaydasınca Freyberqə çatdığını məlumat vermək üçün gəlmişdi. Bu sadə və
təvazökar gənc öz məruzəsinin xarakteri ilə bizə gözəl, gümrah ruh aşıladı. Amma
Heybnerin “Freyberqə hücum olacağı təqdirdə buranı müdafiə edəcəkmi?” sualı-