363
Rixard Vaqner
Mənim həyatım
na Born cavab verdi ki, hərbçi deyil və strategiyadan anlayışı yoxdur, bu işi yalnız
təcrübəli zabitə həvalə etmək olar. Belə şəraitdə vaxt udmaq üçün ən rasional ge-
diş daha az əhalisi olan Hemnisədək geri çəkilməkdə davam etmək idi. Born bu
məqsədlə zəruri addımlar üçün mürəxxəs oldu. Heybner azca dincini almaq üçün
bir saat yatmağa qərar verdi. Divanda Bakuninlə biz ikimiz qaldıq. Amma indi
onun da yuxusu gəlirdi, Bakunin bir böyrü üstə çevrildi və öz böyük başının bü-
tün ağırlığını çiynimə saldı. Düşündüm ki, bu yükdən qurtulmağa çalışsam, oya-
nacaq. Çətinliklə onu özümdən araladım və əvvəlki kimi baş verənləri diqqətlə
izləmək üçün oradan çıxdım. Beləcə, Freyberq vətəndaşlarının ac və qəzəbli
polislərə yemək payladığı bələdiyyə binasına çatdım. Orada Heybneri görməyimə
çox təəccübləndim, o, yenə əvvəlki enerjisi ilə iş başındaydı. Bu adam onun
məsləhətinə ehtiyac olduğunu anladığından, bir saat belə olsun, dincələ bilmirdi.
Dərhal onun rəhbərliyi altında komendant bürosu təşkil olundu. Heybner ümumi
səs-küyün, çığır-bağırın içində yenidən təlimat, göstəriş verirdi. Tezliklə Bakunin
də gəlib çıxdı, onun yalnız bir qayğısı vardı: yaxşı zabit tapmaq. Amma beləsi ta-
pılmadı.
Foxtlanddan böyük bir dəstənin başında gələn bir nəfər yaşlı, amma çox ener-
jili adam Bakunində öz enerjili nitqiylə yaxşı təəssürat oyatdı. Bakunin onu dərhal
baş qərargah rəisi təyin etməyi təklif etdi. Amma qarışıqlıq içərisində müəyyən
qərara gəlmək mümkün deyildi. Yalnız Hemnisdə hərəkatı idarə etməyə ümid
etmək olardı və Heybner kütlə özünə gələn kimi dərhal ora daxil olmaq qərarını
verdi. Bu, qərara alınan zaman mən xaosdan çıxmaq arzusu ilə dostlara elan etdim
ki, biri gün səhər bizim dəstələri qarşılamaq üçün Hemnisə tələsəcəyəm. Üstəlik,
adətən bu saatlarda hərəkət edən ekipaj da tapdım və orada yer tutdum. Amma bu
küçədə polislərin hərəkatı başladığından dilicansın kütlə axınına düşməməsi üçün
dəhsətin ötüb keçməsini gözləmək qərara alındı. Bu, uzun müddət çəkdi. Mən
yaxınlığımdan keçən polislərin yürüşünü, onların gözəl cərgələrini izlədim. Yürüş
edənlər arasında bir qədər vasvasılığı ilə seçilən Foxtland dəstəsi mənim gözümə
xüsusilə dəydi: qabaqda təbilçi gedirdi, o, zaman-zaman treli təbilin dərisinə deyil,
onun ağac haşiyəsinə vurması ilə alətin monoton səslərinə məharətlə müxtəliflik
elementi qatırdı. Bu qeyri-adi taqqıltı mənə Berliozun
Sinfonie fantastique”
əsərinin
sonuncu hissəsini –
Rabenstein
ətrafında skeletlərin gecə rəqsi zamanı sümüklərin
şaqqıltısını xatırlatdı və Parisdə yaşadığım dəhşətli təəssürat real canlılığı ilə di-
rildi. Qəfildən tərk etdiyim dostların yanına qayıtmaq istədim ki, imkan olsa, on-
larla birgə Hemnisə qayıdım. Bələdiyyədə onların heç birini görmədim. Heybne-
rin mənzilinə gələndə öyrəndim ki, o yatır. Poçta geri qayıtdım. Dilicans hələ də
gözləyirdi. Küçələr hələ də camaatla dolu idi. Uzun müddət məyus şəkildə irəli-
geri gəzdim. Buradan poçta geri qayıtmağa bütün ümidlərimi itirmişdim, yenidən
Heybnerin yanına qayıtdım ki, yol yoldaşı kimi ona qoşulam. Məlum oldu ki,