Rixard Vaqner
Mənim həyatım
364
Heybner və Bakunin naməlum istiqamətə gediblər. Ümidsizlik içərisində poçta qa-
yıtdım və gördüm ki, bizim dilicans yola çıxmağa hazırdır. Bir sıra macəralardan
sonra gecə vaxtı Hemnisə çatdım. Yaxınlıqdakı mehmanxanada otaq tutub, ora-
daca xeyli yatdım. Sabahısı, səhər saat 5-də yeznəm Volframın şəhərdən bir az
aralıda, 15 dəqiqəlik məsafədə yerləşən mənzilinə getdim. Yolda növbədə da-
yanan kommuna qvardiyaçısından müvəqqəti hökumətin şəhərə gəlişi ilə bağlı
xəbər eşidib-eşitmədiyini soruşdum. O, sualı təkrar etdi: “Müvəqqəti hökumət?
Onun işi bitdi”. Heç nə anlamadım və qohumlarımdan Hemnisdəki vəziyyətlə
bağlı xəbər öyrənə bilmədim. Yeznəm evdə deyildi o, şəhərdə postda idi. O, yal-
nız günortaya yaxın evə qayıtdı və mehmanxanada yatdığım müddətdə nə baş
verdiyini yalnız onda bildim. Heybner, Bakunin və yuxarıda adı çəkilən Martin
şəxsi ekipajda Hemnis darvazalarına yaxınlaşıbmışlar. Onlardan kim olduqlarını
soruşublar. Heybner tam nüfuzu ilə adını deyəndən sonra şəhər hakimiyyətini
onlara göstərilən mehmanxanaya dəvət etməyi göstəriş veribmiş. Ora çatan kimi
üçü də yoğunluqdan yıxılıb yatırlar ki, qəfildən onların otaqlarına jandarmlar da-
xil olur və kral hakimiyyəti adından onları həbs edirlər. Onlar isə öz vəziyyətlərini
əsas gətirib bir neçə saat sakitcə yatmaq üçün izn istəyirlər – onsuz da, qaçmaq
imkanı yox idi. Səhər güclü hərbi eksort altında onları Altenburqa göndərirlər.
Yeznəmın etiraf etdiyi kimi, bütün bu hadisələrdə Hemnis kommuna qvardiya-
sının komandirlərinin kədərli rolu vardı: onlar gizlicə kral qoşunlarının tərəfinə
keçmək üçün icazəsiz Drezdenə daxil olmuşdular. Heybneri Hemnisə dəvət
edərək aldadıb tələyə salmışdılar. Heybnerin şəhərə daxil olmasını izləmək və bu
barədə xəbəri hakimiyyətə çatdırmaq üçün ondan xeyli tez Hemnisə gəlib şəhər
darvazalarında mövqe tutmuşdular. Yeznəm mənim taleyimdən çox narahat idi,
çünki kommuna qvardiyasının komandirləri barəmdə təhlükəli cinayətkar kimi
çox sərt danışırdılar. İstənilən halda, mənim onlarla birgə Hemnisə gəlməməyim
və eyni mehmanxanada qalmamağım əsl möcüzə idi, təbii ki, əks halda, məni də
eyni tale gözləyirdi. Qəfildən tələbə vaxtımın xatirəsi yaddaşımda canlandı: o
zaman məni duelə çağıran təcrübəli qoçaqların hamısı bir-birinin ardınca məhv
oldular və beləcə, təhlükədən qurtuldum. Bütün bunlar məndə elə bir təəssürat
yaratdı ki, həbs olunanlarla bağlılığım barədə, bir söz belə, söyləmədim. Mənim
üçün çox narahat olan arvadımın inadı və tələbi ilə yeznəmlə onun ekipajında Al-
tenburqa gəldim. Oradan dərhal poçtla Veymara yollana bilərdim, əslində, indi elə
orada məzuniyyətdə olmalıydım. Ora xüsusi, gözlənilməz yollarla getdim.