365
Rixard Vaqner
Mənim həyatım
241
Baş verən bu sayıqlamaya bənzəyən hadisələrin dəhşəti altında olduğum-
dan, Listlə görüşdə “Tanhauzer”in Veymarda hazırlanan tamaşasına zorla maraq
göstərdim. O isə bunu ən çox mənə dəxli olan iş hesab edirdi. Dostuma Veymara
adi yolla, kral kapelmeysteri kimi gəlib çıxmadığımı izah etmək çox çətin idi.
Rəsmi ədalət məhkəməsinin mənə necə yanaşdığından özümün də xəbərim yox
idi. Qeyri-qanuni addım atıb-atmadığımı bilmirdim, bununla bağlı hər hansı bir
fikrim yox idi. Bu arada Veymara Drezdendəki durumla bağlı dəhşətli xəbərlər
gəlirdi. Rejissor Henest, Rekelin fəaliyyətindən “araqarışdıran” kimi danışmaqla
hamını həyəcanlandırmışdı. Rekeli Veymarda yaxşı tanıyırdılar. Bir neçə şəxsi xa-
rakterli qeydimə əsasən, List hiss etməli idi ki, mənimlə Drezden hadisələri arasın-
da hansısa şübhəli əlaqə var. Amma davranışım onu çaşdırırdı. Məsələ burasında
idi ki, tamam başqa motivlərdən, hadisələrdəki fəal iştirakımı gizləməliydim. Bu,
mühakimə təhlükəsi ilə bağlı deyildi. Beləliklə, bir müddət bilərəkdən dostumu
məlumatsız qoydum. Ötən il Drezdenə qısa səfəri zamanı tanış olduğum Karolina
fon Vittgentşteynin yanında toplaşıb, sənət məsələləri ilə bağlı qızğın söhbət etdik.
Bir dəfə nahardan sonra haqqında qısa məlumat verdiyim “Nazaretli İsa” faciəmin
planı ilə bağlı mübahisəmiz düşdü. Süjeti danışıb bitirdikdən sonra List şübhəli-
şübhəli susmaqda davam edirdi, knyaginya isə onun tamaşaya qoyulmasına qəti
etiraz edirdi. Özüm də bu münasibətlə söylədiyim paradoksları ciddi
dəstəkləmədim. Ovqatım yol vermirdi, onlar bundan xəbərsiz olsalar da, mən hələ
də yaşadıqlarımın təsiri altında idim. Tezliklə “Tanhauzer”in orkestrlə məşqinin
vaxtı elan olundu, bu, məndə uzun müddətdir hiss etmədiyim yaradıcı marağı
qismən oyatdı. İlk dəfə ürəkqızdıran, tamamilə yeni bir duyğu hiss elədim.
Orkestrə List rəhbərlik edirdi, onun ifasından hiss edirdim ki, əsəri dərindən anla-
yır və qəbul edir. Yarışüurlu vəziyyətdə olsam da, bütün ifaçıları müşahidə etdim,
onların qabiliyyətləri və rejissura barədə düşündüm. Məşqdən sonra Litsin dəvəti
ilə musiqi direktoru Şter və ifaçı Hetse ilə birgə nahar etmək üçün mehmanxana-
lardan birinə getdik. List həmin mehmanxanada qalmırdı, burada mən onun
tempramentinin həmin anadək müşahidə etmədiyim özəlliklərilə qarşılaşdım. Bu,
qeyri-adi dərəcədə harmonik, rəvan adam qəfildən nədənsə qeyri-adi dərəcədə
həyəcanlanmışdı, hədsiz qəzəb nümayiş etdirirdi. List dişlərini qıcayaraq, elə
mənim özümü dəhşətli dərəcədə qıcıqlandıran şeyin üzərinə hücum etdi. Bizim
ruhlarımızın oxşarlığı məni heyrətə saldı, ondakı qəzəb paroksizminin əsl
motivlərini bilmədən bu təzahürü dərin maraq içərisində izləyirdim. Listin bu
əhval-ruhiyyəsi gecə əsəb tutması ilə sonra çatdı. Səhərisi onu tamamilə gümrah
gördüyümə çox təəccübləndim, üstəlik, o, yenə də mənim üçün bəlli olmayan