Rixard Vaqner
Mənim həyatım
366
səbəblərdən təcili
Karlsrue
yə getməyə hazırlaşırdı. Mənə və musiqi direktoru Şterə
onu Eyzenaxadək yol salmağı təklif etdi. Yolda kamerger Bolye bizi saxladı. O
imperator Nikolayın bacısı, Veymar hersoqinyasının qəbuluna düşməyə hazır
olub-olmadığımla maraqlanırdı. Uyğun geyimdə olmadığımı söylədim – yol
geyimindəydim, amma gətirdiyim əsası qulaqardına vurdular və List mənim
əvəzimə razılıq verdi. Həqiqətən də, axşam hersoginya məni qeyri-adi mehriban-
lıqla, dostyana bir rəğbətlə qarşıladı və öz kamergerlərinə məni himayəyə
götürməyi tapşırdı. Sonradan List deyirdi ki, hələ o zaman himayədarım Drezden
hökumətiylə bağlı məni gözləyən problemdən xəbərdar idi, buna görə də mənimlə
əvvəlcədən tanış olmaq istəyirdi – sonra tanış olmağımız onun üçün güclü başağ-
rısı yarada bilərdi. List Eyzenaxdan səfərini davam etdirirdi və məni Şterlə musiqi
direktoru, bilikli və təcrübəli kontrapunktçu Kümştedtin himayəsinə verdi. So-
nuncunun müşayiətilə mən ilk dəfə hələ bərpa olunmamış Vartburq qəsrini ziyarət
etdim. Bu ziyarət zamanı ağlıma taleyin şıltaqları barədə qəribə fikirlər gəldi:
mənə məhrəm olan bu qəsri Almaniyada qalacağım sayılı günlər zamanı ziyarət
etmişdim.  Biz Veymara geri qayıdanda burada Drezdendən pis xəbərlər gəldiyini
eşitdik.  Üçüncü gün List də gəlib çıxdı, məlum oldu ki, birbaşa ünvanıma yazma-
ğa cəsarət etməyən arvadım ona məktub göndərib. Minna evimizdə axtarış aparıl-
dığını yazırdı. Minnanı xəbərdar etmişdilər ki, mən Drezdenə geri qayıtmayım,
çünki gizli polis məni axtarır və saxlanılmağımla bağlı göstəriş verilib. Bu andan
etibarən List qayğıma qalmağa başladı. Məni gözlənilən təhlükədən xilas etmək
barədə müzakirə aparmaq üçün dərhal bir neçə təcrübəli dostunu çağırdı. Ziyarət
etməyə imkan tapdığım nazir Vatsdorf  hesab edirdi ki, həbs olunacağım təqdirdə
ən yaxşısı, sakitcə Drezdenə aparılmağıma imkan verməkdir. O əmin idi ki,
mənimlə korrekt davranacaqlar, ora ayrıca ekipajda aparılacağam. Digər tərəfdən,
burada  Drezdeni prussiyalıların saldığı amansız mühasirə vəziyyəti ilə bağlı
şayiələr yayılırdı. Bu şayiələr o qədər həyəcanlı idi ki, List və dostları Veymarı
mümkün qədər tez tərk etməyimi tövsiyyə etdilər, artıq burada məni müdafiə
etmək mümkünsüz idi. Amma Almaniyanı tərk etməzdən əvvəl narahat, qorxmuş
arvadımla görüşməli, vidalaşmalıydım. Onlardan xahiş etdim ki, bir müddət Vey-
mar yaxınlığında bir yerdə gizlənməyimə imkan yaratsınlar. Xahişimə hörmətlə
yanaşdılar, professor Zibert məni Maqdalada gizlətməyi təklif etdi, ora, Veymar-
dan üçsaatlıq məsafədə yerləşirdi. Səhərisi Zibertin tövsiyyə məktubu ilə ora yola
düşdüm, o məni işlər müdirinə berlinli maliyyə professoru Verder kimi təqdim
edirdi. Guya professor təsərrüfat iqtisadiyyatı ilə bağlı təcrübələr həyata keçirmək
istəyirdi. Burada, sakit kənddə mən üç gün keçirdim və yeri gəlmişkən, bir xalq
yığıncağında iştirak elədim. Toplantı Drezden inqilabi hərəkatında iştirak etmək
üçün bura gələn dağıdılmış dəstənin qalıqlarının qayıtması münasibətilə təşkil
olunmuşdu. Natiqlərin çıxışlarına qulaq asdıqca qəribə, demək olar ki, məzəli bir