367
Rixard Vaqner
Mənim həyatım
hissdən qurtula bilmirdim. Kənddə olduğum ikinci gündə işlər müdirinin arvadı
Veymardan qayıtdı. O, qəribə xəbərlər gətirmişdi: hansısa bəstəkar, yenicə təqdim
olunan operanın müəllifi Drezden məxfi polisinin təqiblərindən xilas olaraq, Vey-
mardan qaçmalı olub. Professor Zibertin sirdən agah etdiyi işlər müdiri qəhqəhə
çəkərək həmin bəstəkarın adını soruşdu.  Amma arvadı onu tanımadığından bu
suala nə cavab verəcəyini bilmədi. Əri yenə soruşdu: bu, adı veymarlılara yaxşı
məlum olan Rekel deyil ki?  Arvadı təsdiqlədi: “Hə, Rekel, onun adı beləydi,
tamamilə doğrudur.” Ev sahibi yenə ucadan qəhqəhə çəkdi və ümid etdiyini bil-
dirdi ki, Rekel məşhurluğuna rəğmən, ələ keçəcək və  gizlənə bilməyəcək qədər
axmaq deyil. Nəhayət, mayın 22-də, mənim ad günümdə Minna gəlib çıxdı.
Məktubu alan kimi o, dərhal Veymara yollanmışdı və yerimi bilən kimi bura
gəlmişdi ki, məni tezliklə Almaniyanı tərk etməyə vadar etsin. Ona ovqatımı anlat-
maq cəhdləri fayda vermədi. O məni xəyalpərvər hesab edirdi, düşünürdü ki,
məni başdan çıxarmaqlarına imkan verməklə özümün və onun həyatını təhlükəyə
atmışam. Sabah axşam piyada İenaya getməyim qərara alındı. Arvadım ora Vey-
mardan gələcəkdi və biz professor Volfun evində yenidən görüşüb, bu dəfə
birdəfəlik halallaşacaqdıq. Bu altısaatlıq səfəri başa vurdum, təpələrin arası ilə get-
dim və səhər dan yeri ağaranda universitet şəhərciyini gördüm. Həqiqətən də,
Volfun evində (
onunla məni List tanış etmişdi
)
arvadımla görüşdüm. Professor Vid-
mann çox pərişan olmuşdu. Bundan sonra hara gedəcəyimi müzakirə etdik. Drez-
den polisi inadla məni izləyirdi: üsyanda fəal iştirakda ittiham olunurdum və al-
man ittifaqı ölkələrindən heç birində sığınacaq almağa ümid edə bilməzdim. List
Parisə getməyimdə inad edirdi, orada fəaliyyət meydanı tapa bilərdim. Vidmann
ora Frankfurt və Badendən keçən birbaşa yolla getməkdən çəkindirirdi, çünki ora-
da üsyan davam edirdi və polis sənədləri azca da olsa şübhə doğuran yolçuları
xüsusən diqqətlə izləyirdi.  Bavariyadan keçmək daha yaxşı olardı, indi oralar çox
sakitlik idi, oradan isə İsveçrəyə keçmək olardı.  İsveçrədən Parisə getmək isə
ümumiyyətlə, təhlükəsiz idi. Bunun üçün sənəd lazım idi, Vidmann özünün
Tübingendə düzəltdirdiyi, amma artıq vaxtı keçmiş pasportunu təklif etdi. Mən
poçt ekipajında getdim, ümidsizlik içində olan arvadımla ayrılıq səhnəsi, həqiqətən
də, əzablı idi. Heç bir xüsusi macəra olmadan mən Rudolştadtı (bu yer mənim
üçün maraq kəsb edirdi)
,
Bavariya sərhəddini keçdim, oradan da dayanmadan
poçtla irəli, Lindauya doğru hərəkət etdim. Burada şəhərin darvazalarında o biri
sakinlər kimi məndən də pasportumu aldılar. Səhər tezdən  paroxodla Boden gö-
lünü keçmək lazım idi, gecəni mən qızdırmalı həyəcanla keçirdim. Professor Vid-
mann – mən onun pasportu ilə gedirdim – şvab ləhcəsində danışırdı və mən özümə
sual verdim ki, Bavariya
polisi ilə necə anlaşacağam. Onlar pasportun vaxtının
keçməsi ilə bağlı sual verə bilərdilər. Bütün gecəni dəhşətli narahatlıqdan əzab
çəkərək, şvab dialektində məşq elədim, amma çox təəssüf ki, bu tapşırığın