Rixard Vaqner
Mənim həyatım
368
öhdəsindən gələ bilmədim. Həyəcanla səhər jandarmın otağıma gələcəyi anı
gözləyirdim. Jandarm əlində üç pasportla içəri girdi, o, sənədləri verdi ki,
içərisindən özümünkünü seçib götürüm, çünki hansı sənədin kimə məxsus oldu-
ğunu ayırd edə bilmirdi. Ürəyimdə sevinərək onun xahişini yerinə yetirdim və bir
müddət əvvəl məndə vahimə oyadan bu adamla dostcasına ayrıldım. Paroxoda
daxil olanda artıq İsveçrə ərazisində olduğumu öyrənib çox sevindim. Gözəl bir
yaz səhəri idi. Gözlərimin önündə geniş gölün mənzərəsi açılmışdı, uzaqdan Alp
dağları görünürdü. Rorşaxda İşveçrə ərazisinə daxil olanda dərhal evə sakitləşdirici
bir neçə kəlmədən ibarət xəbər göndərdim, yəni, İsveçrədəyəm və təhlükə artıq
geridə qalıb. San Qallen adlı gözəl və kiçik vilayətdən poçt ekipajında Sürixə səfər
mənə qeyri-adi dərəcədə ruh yüksəkliyi verdi. Mayın sonuncu günü, axşam saat
6-
da ğölü əhatəyə alan Qlarn alplarının günəşin şüalarında parıldayan zirvəsini
ilk dəfə gördüm,  oradaca ürəyimdə özümə tam aydın olmadan məhz bu yerlərdə
sığınacaq tapmağa qərar verdim.
242
Dostlarımın İsveçrədən Parisə getmək təklifini mən ən başlıcası ona görə
qəbul etmişdim ki, bir tanışım vasitəsilə Sürixdə öz adıma pasport düzəltməyə
ümid edirdim. Çünki Fransada siyasi qaçqın qismində görünmək istəmirdim.
Vürsburqdan dostlaşdığım musiqi müəllimi Alesksandr Müller Sürixdə yaşayır-
dı. Onun şagirdlərindən biri – Vilhelm Baumqartner bir neçə il əvvəl Drezdeni
ziyarət edərkən mənə Müllerdən salam gətirmişdi. Baumqartner vasitəsilə Müllerə
Tanhauzer”in partiturasının bir nüsxəsini hədiyyə elədim. Diqqətim səmərə
verdi: dərhal axtardığım Müller və Baumqartner məni iki görkəmli məmurla –
dostları Yakov Zultser və Frants Qagenbuxla tanış elədilər. Məhz onlar parsport
almaq məsələsində mənə bilavasitə yardım göstərəcəkdilər. Həqiqətən də, onlar
və işə cəlb olunan bir neçə nəfər mənə o qədər diqqətli yanaşırdılar ki, onların
arasında özümü əla hiss edirdim. Bu ənənəvi respublikaçılar məruz qaldığım
təqiblərlə bağlı əhvalatı sadəlövh anlaşılmazlıqla dinləyirdilər. Bu, dərhal məni
həyata vətəndaş yanaşmalarının tamamilə yeni sferasına gətirdi. Burada heç kəs
heç kəsi hədələmirdi, hər şey səbatlı idi, halbuki orada, vətəndə məni uzaqlaş-
dırmaq üçün hər şeyə əl atırdılar: rəsmi sənət mühitinin nifrət oyadan ümumi
vəziyyəti, özümdən asılı olmadan məni az qala cinayətkar vəziyyətinə qoyan siya-
si işlər... Hər iki məmurda, xüsusən, yaxşı klassik təhsil görmüş Zultserdə özümə
rəğbət oyatmaq üçün dostlarım yığıncaq düzəldib, məni orada “Ziqfridin ölümü”
nün nəzm mətnini oxumağa vadar etdilər. And içə bilərəm ki, praktik iş adam-
larının həmin axşamda olduğu qədər diqqətli dinləyicilərə rast gəlməmişdim.