369
Rixard Vaqner
Mənim həyatım
Nəticədə, mən - polisin
təqib etdiyi almaniyalı qaçqın leqal İsveçrə pasportu əldə
etdim. Onlarla bir neçə gün Sürixdə qaldıqdan sonra yoluma davam etdim. Stras-
burqda məşhur kilsəyə baş çəkdikdən sonra mən ən əlverişli vasitə hesab olunan
poçt arabası ilə Parisə yola düşdüm. Xatırlayıram, o zaman başıma maraqlı bir
hadisə gəldi: indiyədək, xüsusilə, yarıyuxulu vəziyyətdə olanda məni mütləq top
gurultularının və  atəş səslərinin səsləri izləyirdi. İndi şosse ilə tez-tez hərlənən
təkərlərin səsində başqa şeyi  - “Doqquzuncu simfoniya”dan “Freude  schöner
Götterfunken ” melodiyasını eşidirdim.
243
İsveçrəyə daxil olduğumdan Parisə gələn anadək ovqatım kəskin dəyişdi:
əvvəlki key, yarıyuxulu vəziyyətim xoş azadlq hissilə əvəz olundu. Özümü havada
uçan quş kimi hiss edirdim, bataqlıqda boğulmaq bu quşun qisməti deyilmiş.
Amma Parisə daxil olduğum andan iyunun ortalarınadək məndə yenidən əvvəlki
reaksiya yaranmağa başladı. List məni keçmiş katibi Belloniyə tövsiyyə etdi və o,
göstərişlərə sadiq adam kimi, barəmdə Qustav Vesslə danışıqlara girməyi qərara
aldı, Vesslə şəxsən tanış olmaq mənə müyəssər olmadı. Söhbət Paris üçün opera
mətninin yazılmasından gedirdi. Bu ideya xoşuma gəlmirdi və  Belloni bu barədə
danışanda söhbəti Parisdə tüğyan edən xolera mövzusuna dəyişdim. Belloniyə ya-
xın olmaq üçün
Notre Dame de Lorette
küçəsində məskunklaşdım. Burada az qala
hər an küçədə təbilin boğuq səsi altında milli qvardiyanın vəbadan dünyasını
dəyişmiş əsgərlərini küçə ilə necə apardıqlarını görmək olardı. Qızmar bürküdə su
içmək qadağan idi və ümumiyyətlə, sərt dietaya əməl etmək tövsiyyə olunurdu. Və
elə təkcə bu məni darıxdırırdı, Parisin zahiri görünüşü isə daha ağır təəssürat yara-
dırdı. Bütün ictimai binalarda, bütün ictimai yerlərdə “Azadlıq, bərabərlik, qardaş-
lıq” şüarları gözə dəyirdi. Amma milli bankın çiyinlərindən pul kisələri asılmış,
əllərində nəhəng portfellər olan ilk
Garçons caissiers
lərin görüntüsü məndə dəhşətli
təəssürataşıladı.HeçvaxtonlarınParisdə indikiqədərçoxolduqlarınıgörməmişdim,
sosializmin dəhşətli kabusunun öhdəsindən gələn kapital,cəmiyyətin yenidən qa-
zanılmış etimadına əsaslanaraq özünü bu qədər həyasızcasına küçələrdə nümayiş
etdirməmişdi. Tamamilə qeyri-iradi şəkildə Şlezingerin musiqi mağazasına (
indi
eybəcər və çirkin yəhudi Brandusa məxsus idi)
daxil oldum. Mağaza xidmətçisi M-r
Henri mənimlə sevinclə salamlaşdı. Biz onunla, görünür, tamamilə boş binada
yetərincə hündürdən danışandan sonra o, inamsız səslə müəllimim Meyerberlə
görüşüb-görüşmədiyimi soruşdu. “Məyər, cənab Meyerber burdadır?” - Əlbəttə, -
o, bir az da karıxaraq cavab verdi, - o, burada, mağazadadır, arxada büro var. Doğ-
rudan da, yaxına gələndə Meyerber tamamilə pərt halda bürodan çıxırdı. Səsimi