Rixard Vaqner
Mənim həyatım
370
eşidib yenidən gizləndi və 10 dəqiqədən də artıq müddətdə orada qaldı. Üzündə
təbəssüm təcili korrektura ilə məşğul olduğunu əsas gətirərək üzr istədi. Bütün bu
səhnə, onunla bu yeni görüş hər şeyi anlamağıma kifayət etdi. Onun davranışında
(
xüsusən də Berlində)
şübhəli görünən çox şey yadıma düşdü. İndi bunun mənə heç
bir dəxli olmadığından və məni görcək özünü itirdiyindən, özümü şən aparır və
onunla sərbəst davranırdım.. O düşünürdü ki, mən xoşbəxtliyimi burada yenidən
sınamaq istəyirəm və Parisdə hər hansı addımı atmağın mənə iyrənc görünməsi
barədə bəyanatımı Meyerber təəccüblə qarşıladı: - Amma List sizin barənizdə
Jour-
nal des Debat”
da gözəl bir felyeton yazıb. Mən cavab verdim: - Belə de...Düşünmür-
düm ki, sadiq dostun entuziazmı spekulyasiya kimi qəbul oluna bilər. - Amma
məqalə özünə diqqət çəkdi. Sizin bundan xeyir götürməməyiniz qəribə olardı. Bü-
tün bu iyrənc mülahizələrdən qəzəblən-mişdim və dərhal Meyerberə bildirdim ki,
hazırkı vəziyyətdə bütün dünya irticanın altında çürüdüyü halda, səhnə kompozi-
siyalarından başqa hər şey barədə düşünə bilərəm. O belə cavab verdi: -Amma siz
inqilabdan nə gözləyirsiniz, axı, yoxsa siz barrikada üçün partituralar yazmağı dü-
şünürsünüz? Onu inandırdım ki, ümumiyyətlə, heç bir partitura barədə
düşünmürəm. Biz bir-birimizi anlamadan ayrıldıq. Küçədə Moris Şlezingerlə qar-
şılaşdım və məlum oldu ki, o da Listin gözəl məqaləsinin təsiri altında mənim
Parisdə peyda olmağımı tamamilə təbii hesab edir. O düşünürdü ki, mən nəyəsə
ümid edirəm və hesab edirdi ki, mənim yaxşı şanslarım var. Soruşdum: -Siz
mənimlə əlverişli sövdələşmə etmək niyyətindəsiniz? Mənim pulum yoxdur.
Amma doğrudanmı, siz hesab edirsiniz ki, məşhur bəstəkarın operasının
səhnələşdirilməsi pul gətirən işdir?” Moris: - Siz tamamilə haqlısınız”, - dedi və
gözdən itdi. Dünyanın bu vəba xəstəliyinə tutulmuş paytaxtı ilə təmaslardan sonra
drezdenli dostlarımın yanına getdim – onlardan mənə daha yaxın olan bəziləri
Parisdə idilər. “Tanhauzer” üçün dekorasiya hazırlayan rəssam Depleşeni də Sem-
perin yanında gördüm, o da burada gizlənirdi. Biz sevinclə görüşdük və
vəziyyətimizin komikliyinə xeyli güldük. Prussiyalılar onun memarı olduğu və
müşahidə etdiyi məşhur barrikadasını ələ keçirəndən sonra (
onu necə ala bilmişdilər,
bu, Semperin ağlına sığmırdı
)
o, mübarizədə iştirak etməkdən çəkindi. Amma o özü-
nü o qədər gözdən düşmüş hesab edirdi ki, Drezdendə mühasirə şəraiti elan
ediləndə oradan qaçıb gizlənməyi ağıllı iş hesab etdi. O xoşbəxt idi ki, əslən
Qolşteyndən olduğundan pasport baxımından, alman yox, Daniya hökumətindən
asılı idi, buna görə də sakitcə Parisə gələ bilmişdi. Hadisələrin gedişi nəticəsində o,
Drezden muzeyinin tikilməsi ilə bağlı nəhəng işi yarımçıq qoymalı oldu və mən bu
münasibətlə səmimi-qəlbdən təəssüfləndiyimi ifadə etdim. Semper izah etdi ki, bu
iş ona xeyli məyusluq gətirib və əslində, ondan qurtulmağına xeyli sevinir. İkimiz
də çox acınacaqlı vəziyyətdə olsaq da, Parisdə bir neçə şən saat keçirdik, bu, mənim
səfərim ərzində yeganə şən saatlar idi. Tezliklə gənc Hayne də mühacir qismində