371
Rixard Vaqner
Mənim həyatım
bura gəldi, o nə zamansa “Loenqrin” üçün dekorasiyalar hazırlamağı planlaşdırır-
dı. Parisdə həyat onu qorxutmurdu, çünki müəllimi Depleşen özü ona iş təklif et-
mişdi. Təkcə mən burada qalmağın tam mənasızlığını hiss edirdim və vəba yuva-
sından hər yolla qaçmağa çalışırdım. Mənə Belloni kömək oldu, onunla və ailəsi ilə
La ferte sous jouarre
ətrafındakı kəndə getməyimi istədi. Təmiz hava və tam
sakitlikdən həzz alıb dincələ, işlərimdə hansısa dəyişikliyin olacağını gözləyə
bilərdim. Oradan mən Rueilə getdim, beləliklə, Parisdə cəmi səkkiz gün qaldım.
Rueildə mən bir şərab alverçisinin, müsyö Rafaelin yanında qaldım, Belloninin
ailəsi qonşuluqdakı kəndmerinin yanında yaşayırdı. Taleyinmənə hansı sürprizləri
gətirəcəyini gözləyirdim. Uzun müddətdir ki, Almaniyadan heç bir xəbər yox idi,
mütaliə ilə nə qədər mümkünsə başımı qatmağa çalışırdım. Prudonun əsərləri,
xüsusən də, “Mülkiyyət barədə” əsəri məni maraqlandırdı. Orada qeyri-adi
dərəcədə geniş, ümumilikdə desək, indiki halım üçün təsəlliedici perspektivlərlə
qarşılaşdım. Lamartinin “Jirondistlərin tarixi” əsəri də mənə böyük zövq verdi. Bel-
loni bir gün Ledrü-Rollenin rəhbərliyi altında respublikaçıların uğursuz üsyanı
barədə xəbər gətirdi. Bu, iyunun 13-də, hakimiyyət bütün mütrəce fəaliyyətini in-
kişaf etdirdiyi vaxtda olmuşdu. Hərgünkü kasıbyana naharımızı etdiyimiz masa-
nın arxasında oturmuşduq, ev sahibim və onun qohumu olan mer bu xəbəri eşidib,
qəzəbləndi. Mənə bu, o qədər də güclü təsir etmədi: bütün gərgin diqqətim Alma-
niyada, xüsusilə də, Reynyanı ölkələrdə, ən çox da xalq seçicilərinin idarəsində olan
Böyük Baden Hersoqluğunda idi. Oradan prussiyalıların daha sarsılmaz təsir ba-
ğışlayan inqliabı əzdikləri barədə xəbərlər məndə səmimi bir kədər oyatdı. Şəxsi
vəziyyətim ən hüznlü cizgilərdə görünürdü. Bu hadisələrdə olan qeyri-adilik, ma-
rağımı çəkən, bu marağa bəraət qazandıran hə şey izsiz-tozsuz qeyb oldu. Veymar-
dakı dostlarımın, xüsusən də , arvadımın məktubları məni tam ayıltdı. Dostlar
yetərincə soyuq olan davranışımı mühakimə edir, hələlik Drezdendə və ya Böyük
hersoq sarayında mənim üçün heç nə edə bilməyəcəklərini düşünürdülər. Çünki
bağlı qapıları döyməyin mənası yoxdu, “
on nee frappe pas a
des portes enfoncees”
(
knyaginya fon Vittgenşteyndən Belloniyə).
Buna nə cavab verəcəyimi bilmirdim, mənə
bir qədər pul göndərmələrinə isə sevinirdim. Çətin vəziyyətdən çıxmaq üçün bu
pulların hesabına Sürixə gedib, yetərincə geniş mənzildə yaşayan Aleksandr Mül-
lerin yanında qalmağa qərar verdim. Uzun müddətdir heç bir xəbər ala bilmədiyim
arvadımın məktubu məni daha çox məyus etdi. O yazırdı ki, bundan sonra bir
yerdə yaşaya bilmərik, çünki birgə tikdiyimiz binanı vicdansızcasına uçurmuşam
və indiyə qədər qazandığım mövqeni qiymətləndirməmişəm, əldən vermişəm ki,
onu yenidən qazanmaq haqqında düşünməliyəm, hərçənd bu yolda hansısa başqa
bir qadının öz taleyini mənimlə bağlamaq istəməsinə inanmır. Bu məktub məndə
ona, onun həddən artıq çətin vəziyyətinə səmimi mərhəmət hissi oyatdı. Onu
köməksiz qoymuşdum. Əlbəttə, arvadıma Drezdendəki avadanlığı satmaq haqqı