Rixard Vaqner
Mənim həyatım
372
vermişdim, bundan başqa, Leypsiqdəki qohumlarımızdan ona yardım etmələrini
istəmişdim. Yeganə təsəllimonundavranışımı qismən anlamasından, məni bürüyən
əhval-ruhiyyədən xəbərdar olmasından əminliyim idi.Hətta mənə elə gəlirdi ki, bu
fövqəladə hadisələr zamanı həmin münasibətin əlamətlərini hiss etmişəm. Amma
belə çıxırdı yanılmışam, bu barədə söhbət ola bilməzdi: omənimhaqqımda kütlənin
düşündüyü kimi düşünür, mənim üçün yalnız bir bəraəti vardı:qeyri-adi dərəcədə
yelbeyinəm. Dərhal Listə yazdım, xahiş elədim ki, onunla mümkün qədər maraq-
lansın, amma əslində, avradımın bu qədər gözlənilməz qərarı məni qismən
sakitləşdirdi. Minnanın məktubundan bildim ki, o daha mənə yazmağa hazırlaş-
mır, öz tərəfimdən bundan sonra öz çətin vəziyyətimlə bağlı onu narahat etməməyi
qərara aldım. Uzunmüddətli birgə həyatımız ilk çılğın və əziyyətli ildən başlayaraq
gözümün önündən keçdi. Şübhəsiz ki, Parisdə birgə keçirdiyimiz ehtiyac və qayğı
ilə dolu gənclik illəri mənə sözün yaxşı mənasında, çox şey verdi. Sınaqlar qəlbimizi
sıxırdı: o, qeyri-adi dərəcədə səbr nümayiş etdirirdi, mənsə çətinliklə mübarizə
aparırdım. Minna çəkdiyi əziyyətlərin mükafatını Drezdendə aldı – mən orada
uğur qazanmışdım, çoxları mənə qibtə edirdi. Frau Kapellmeisterin kimi o, öz ar-
zularının zirvəsinə çatdı və mənim kapelmeyster fəaliyyətimi zəhərləyən hər bir
şeydə öz firavan həyatına təhlükə görürdü. “Tanhauzer”i yazandan bəri tutduğum
yeni yol onun gözlərində gələcək teatr uğurlarından əl çəkmək demək idi, o, güm-
rahlığını və bizim gələcəyimizə bütün inamını  itirirdi.  Mənim onunla haqqında
getdikcə daha az-az danışdığım konsepsiyalarım, mənim teatra və onun rəhbərinə
münasibətim  - bütün bunları o, mənim yoldan azmağım kimi qiymətləndirirdi.
Bizim aramızdakı, mənim keçmiş karyeramda bu qədər xeyirli rol oyanayan əlaqə
tamamən zəifləmişdi. Drezden fəlakətində iştirakımı o, yanılma kimi
qiymətləndirirdi. O hesab edirdi ki, bu, vicdansız adamların, xüsusən, Rekelin  pis
təsiridir: onlar mənim şöhrətpərəstlik damarımdan tutub, məhvə aparıblar. Bütün
bunlar bizi daha çox zahiri cəhətdən ayırırdı. Amma indi daha aydın hiss etidiyim
kimi, ikinci dəfə birgə yaşamağa başladığımız andan bitmək bilməyən daxili
çəkişmələrimiz daha dərindən təsir göstərirdi. Bizim aramızda daim kəskin, qızğın
davalar olurdu və onlar, Minna öz günahını dinc şəkildə etiraf edəndən sonra da
yatmırdı. Hər belə davadan sonra evdəki sakitliyi bərpa etmək, xarakterlərimizin
uyğun gəlmədiyini və xüsusən də, bizim inkişafımızdakı fərqləri anlamaq daim
məni barışmaq təşəbbüsünü, mübahisələrimizin kəskinliyi üzündən günahı öz
üzərimə götürməyə vadar edirdi. Mən öz peşmanlığımı bildirməklə Minnanı yum-
şaltmağa çalışırdım. Təəssüf ki, sonunda belə bir qənaətə gəldimki, məhz bu siyasət
nəticəsində onun qəlbi üzərində bütün hakimiyyəti və xarakterinə hər cür təsir im-
kanını itirdim. İş bu cür barışıq imkanını isitisna edən məqamlara, mənim etiqadla-
rıma, davranışıma gələndə keçmişdəki güzəştlərim sayəsində möhkəmlənmiş qa-
dın tərsliyi ilə üzləşdim: onun mənə münasibətdə öz haqsızlığını qəbul etməsindən