373
Rixard Vaqner
Mənim həyatım
söhbət belə gedə bilməzdi. Bir sözlə, Drezden iflasına, mənim  bütün Drezden kar-
yerama laqeyd münasibətim ailə həyatımın dağılmasına az təsir göstərmədi. Mən
nəinki öz evimdə dəstək və təsəlli görmədim, əskinə, daim Minnanın mənim
rəqiblərimə qeyri-iradi mərhəmətini hiss edirdim. Bütün bunların fərqinə mən yal-
nız indi – onun sərt məktubundan aldığım ilk sarsıntı keçib gedəndən sonra var-
dım. Xatırlayıram ki, o məktub  mənə heç bir əzab vermədi. Mən özümü tərk edil-
miş hiss edirdim, amma aydın şəkildə anlayırdım ki, öz həyatımı qum üzərində
qurmuşam. Bu mənə sakitlik gətirirdi. Mən onu öz nəzarətsiz şüurumdan əxz
elədim və yoxsulluğum qeyri-adi sevincimi möhkəmləndirirdi. Bu səbəbdən də so-
nuncu dəfə mənə Veymardan göndərilən pulları mən Parisdə mənasız avaralanma-
ğa deyil
(
burada mən saxta hesab etdiyim məqsədlərə can
atmalı olacaqdım),
başqa bir sı-
ğınacaq axtarmağa sərf etməyi qərara aldım. Heç nə ilə əvvəlki ruhda fəaliyyətə
sövq etməyəcək yer belə bir sığınacaq ola bilərdi. Mən artıq Sürixə yollanmağa
qərar verdim, orada rəsmi incəsənət mühiti yox idi, mən orada ilk dəfə mənim
bədii-artistik əsərlərim barədə heç nə bilməyən, amma insan kimi mənə mehriban-
lıqla yanaşan adamlarla rastlaşmışdım.
244
Sürixdəmən birbaşaA.Müllerəmüraciət etdim, ondanmənzilindəmənə otaq
ayırmasını istədim və əlimdə qalan “var-dövlətimi” – iyirmi frankı ona göstərdim.
Əlbəttə, tezliklə müşahidə etdim ki, mənim göstərdiyim etimad tanışımı sıxır.
Təbii ki, o mənə münasibətdə nə qərar qəbul etmək üzərində düşünürdü. O,
həyəcanın təsiri altında mənə royalın da yerləşdiyi böyük otaqdan istifadə etməyi
təklif etdi. Amma mən özüm bundan imtina etdim, yataq otağı ilə kifayətləndim.
Onun yanında nahar etmək heç də xoş deyildi, məsələ onda deyildi ki, yeməklər
xoşuma gəlmirdi, sadəcə, onlar mədəmə əziyyət verirdilər. Əvəzində, buradakı
şərtlərə görə, evdən kənarda məni açıq qucaqla qəbul edirdilər. Sürixdən keçən
ilk səfərimdə mənə diqqət göstərən gənc adamlar indi də mənimlə görüşməyə
can atırdılar. Onların arasında Yakov Zultser xüsusi fərqlənirdi. Gənc yaşda ol-
duğundan, Zultser rəsmən Sürix hakimiyyətində təmsil oluna bilmirdi, bunun
üçün onun 30 yaşının tamam olması lazım idi. Bununla belə, o, tamamilə yetkin
adam kimi qəbul olunurdu. Son illər məndən mənəvi cəhətdən tamamilə qüsur-
suz, bütöv xarakteri olan çox dürüst adamla qarşılaşdığımı öz-özümdən soru-
şanda, vicdanım məni fikrən onun üzərində dayanmağa vadar edirdi. Onun bu
qədər gənc yaşda Sürix kantonunda (
əyalətində-red.)
Staatsschreiber
kimi nüfuzlu
post tutması onunla izah olunurdu ki, o zaman Alfred Eşerin rəhbərlik etdiyi ha-
kim liberal partiyası iri rəsmi vəzifələrin köhnə, təcrübəli mühafizəkar qrupun