Rixard Vaqner
Mənim həyatım
374
əlində qalmasını istəmirdi, buna görə də gənclərin arasında qabiliyyətli adam-
lar axtarırdı. O zaman hamının baxışları Zultserə doğru çevrilmişdi. O, Bonn və
Berlin universitetlərini yenicə bitirib, filoloq-dosent kimi işləmək üçün vətənə
dönmüşdü. Yeni hakimiyyət ona nüfuzlu vəzifə təklif edəndə, o özünü yeni
postda öz yerində hiss etmək üçün fransız dilini praktik öyrənmək məqsədilə
Cenevrəyə yollandı. Filologiya ilə ciddi-cəhdlə məşğul olan Zultser indiyədək də
öz təhsilinin bu istiqamətini diqqətsiz qoymurdu. İti zəkası, qeyri-adi işgüzarlığı
və hər hansı partiya manevrlərinin təsirinə məruz qalmayan möhkəm xarakteri
onu qısa müddətdə hakimiyyətin ilk yerlərindən birinədək irəliləməsinə imkan
verdi. Maliyyə direktoru və xüsusən də, İsçevrə İttifaqı Məktəb Şurasının üzvü
kimi o, qeyri-adi dərəcədə əhəmiyyətli və səmərəli fəaliyyət göstərdi. Mənimlə
gözlənilməz tanışlıq, görünür, onu bir qədər həyəcanlandırırdı. İctimai fəaliyyət
onu çox sevdiyi filologiya və humanitar elmlərlə məğul olmaqdan ayırırdı və indi
yeni adamla meydana çıxan münasibətlər zamanı o, sanki, addımından peşman-
çılıq keçirirdi. “Ziqfridin ölümü” onun kimi məlumatlı adama mənim orta əsrlər
alman tarixinə marağımdan xəbər verirdi. Filoloq kimi, o, bu tarixi məndən daha
mükəmməl öyrənmişdi. Bir müddət sonra mənim musiqi interpretasiyalarımın
xarakteri ilə yaxından tanış olanda onun praktik fəaliyyətindən bu qədər uzaq bir
sahə onu necə cəlb etdisə, onun kimi ciddi və təmkinli adamda necə bir maraq
oyatdısa, Zultser, şüurlu qətiyyətlə yeni şirnikləndirici təsirlərə qarşı mübarizə
aparmağa başladı. Amma mənim yerli üfüqdə görünməyimə o, səmimi dostluq
hissləri ilə yanaşırdı. Birinci
Staatsschreiber
in rəsmi mənzilində mənim mərkəzi fi-
qur olduğum cəmiyyət toplaşırdı. Bu toplantılar kiçik filister şəhər məmurunun
nəzakəti üçün həddən artıq idi. Çoxlarını, xüsusən də, musiqiçi Baumqartneri
Zultserin Vinterturdakı üzümlüklərinin məhsulu bura cəlb edirdi, ev sahibi qo-
naqlarına bol-bol şərab təklif edirdi. O zamanlar mənə şən, əhlikef ovqat hakim
idi. O zaman məndə formalaşan bədii-artistik və məişət dünyagörüşünün təsiri al-
tında bizim toplantılarımızda mən özümüvakxik (Vakx-
yunan və
romalılarda şərab
Allahı; red
)
etirafların ixtiyarına buraxmışdım. Dinləyicilər mənə çox zaman elə bir
qeyri-adi ruh yüksəkliyi ilə cavab verirdilər ki, mən bunu öz ilhamlı nitqlərimdən
daha çox şərabın təsirinə yozurdum. Bir dəfə biz içkinin xumarı altında olan pro-
fessor, “Edda”nın bilicisi, məşhur germanist Etmülleri yola salanda – o, Zultserin
dəvətilə “Ziqfrid”in qiraətinə qulaq asmağa gəlmişdi – qeyri -adi çılğın əhval-
ruhiyyə yarandı. Mənim beynimə cənab Staatsschreiberin bütün ağır qapılarını
çərçivədən ayırmaq fikri gəldi. Başqa bir Staatsschreiber, cənab Qagenbux tək ada-
mın bu işin öhdəsindən gəlməyəcəyinə əmin olduqdan sonra qeyri-adi fiziki gücü
ilə mənim köməyimə gəldi. Biz asanlıqla bütün qapıları çərçivədən çıxardıq, özü
də Zultser heç bir narazılıq ifadə etmədi, əksinə, o, bizim cəhdlərimizə xeyirxah
təbəssümlə baxırdı. Yalnız səhərisi, mən zəif canı ilə qapıları necə yerinə saldığını