375
Rixard Vaqner
Mənim həyatım
soruşanda, o bizə etiraf etdi ki, gecədən səhərədək bu qapıların üstündə əlləşib,
çünki səhər otaqları yığışdırmalı olan qadının qızğın keçmiş gecədən xəbərdar ol-
masını istəməyib.
245
Özümü quş kimi azad hiss edirdim və bu hissiyat məndə ehtiras oyadırdı.
Çox zaman bütün varlığımı bürüyən hədsiz həyəcandan özümü narahat hiss edir-
dim. Tez-tez mən ilk qarşılaşdığım adamın qarşısında ən qəribə ziddiyyətləri iz-
har etməyə hazır idim. Sürixə gəldiyim zaman tezliklə işlərin ümumi vəziyyətilə
bağlı fikirlərimi, onların mənim bədii-artistik təcrübəm və o zamanın siyasi
hadisələrinin təsiri altında necə formalaşdığımı yazılı izhar etmək istədim. Qələm
hesabına qazanc axtarmaqdan başqa bir şey qalmırdı, mən o zamankı “
National”
tipli jurnala silsilə məqalələr yazmağı, inqlabi baxımdan müasir sənət və onun
cəmiyyətin həyatında rolu barədə bəzi ideyaları açıqlamağı qərara aldım. Köhnə
tanışım Albert Franka, Herman Frankın qardaşına altı belə oçerk göndərdim, o
zaman Frank alman-fransız kitab ticarəti ilə məşğul olurdu, bu işin əsasını Parisdə
mənim yeznəm Avenarius qoymuşdu. Mən Frankdan xahiş etdim ki, tərcüməni
mənə göstərsin və məqalələri jurnalda yerləşdirsin. Tezliklə mən onları ədalətli
bir qeydlə birgə geri aldım, qeyddə deyilirdi ki, Paris oxucusu onları anlamaya-
caq və indiki məqamda onlara ümumiyyətlə, diqqət yetirməyəcək. O zaman mən
bu altı məqaləni “İncəsənət və inqilab” başlığı altında birləşdirib, Leypsiqdəki
kitab ticarətçisi Otto Viqanda göndərdim. Viqand onları ayrıca broşür kimi nəşr
etdi və mənə beş luidor qonorar göndərdi. Bu qeyri-adi uğur məni öz yazıçılıq
qabiliyyətimdən gələcəkdə də istifadə etmək barədə düşünməyə vadar etdi. Ka-
ğızlarım arasında Nibelunqlar saqasını öyrənərkən yazdığım oçerki tapdım, ona
Die Wibelunqen, Weltgeschichte aus der Sage
başlığı qoydum və yenidən bəxtimi
Viqandla yoxlamağa qərar verdim. Radikal əhval-ruhiyyəli Viqand hesab edir-
di ki, həyəcanlandırıcı “İncəsənət və inqilab” sərlövhəsi, eyni zamanda, şəxsən
mənim keçmişdə kral kapelmeysteri olan siyasi mühacir kimi oyatdığım ma-
raq cəmiyyətdə səs-küy yaradacaq və yazılarıma diqqət çəkəcək. Həqiqətən də,
tezliklə öyrəndim ki, “İncəsənət və inqilab” broşürü ikinci dəfə - təkrar nəşr olu-
nub və mənə yenidən beş luidor göndərdilər. Beləliklə, ilk dəfə bu yolla mən
əsərlərimin dərc olunmasından qazanc əldə etməyə başladım. Görünür, doğru
yolda idim, bu yolla rahatca xoş taleyimə doğru irəliləyə bilərdim. Sürixdə ya-
xınlaşan qış mövsümündə sənət məsələləri ilə bağlı bir neçə mühazirə oxumaq
və ümumiyyətlə, heç bir vəzifəyə, xüsusən də, musiqiyə əl atmadan cüzi gəlir
gətirən fəaliyyət barədə düşündüm.