Rixard Vaqner
Mənim həyatım
376
Mənə bu yolla hansısa gəlir götürmək zəruri görünürdü, çünki işlərim elə
gedirdi ki, kənar qazanc olmadan necə yaşayacağımı təsəvvür edə bilmirdim.
Sürixdə mən məğlub olmuş Baden ordusunun qalıqlarını və onları müşayiət edən
qaçqınları gördüm və bu mənzərə məndə həddən artıq kədərli təəssürat oyatdı.
Villaqos
yaxınlığında Qerqeyin təslim olması barədə xəbər mənim azadlıq uğ-
runda ümumavropa mübarizəsinin uğurlu gedişatı ilə bağlı bütün ümidlərimi
qırdı. Yalnız nəhəng, ağır sarsıntı keçridiyim o andan etibarən mən nəzərlərimi
zahiri hadisələrdən özümə, öz daxili həyatıma çevirdim. Hər gün ağır nahardan
sonra mən “
Cafe Litteraire
ə gedirdim. Orada domino və
yast oynayan korazehin
insan kütləsinin arasında qəhvə içir və divardakı antik süjetlərin adi rəsmlərinə
xəyalpərvərliklə baxırdım. Yaddaşımda erkən gəncliyimdə Cenellinin yeznəm
Brokhauzun evində gördüyüm akvarelləri canlanırdı, orada ilham pərilərinin
Dionisə tərbiyə verməsi səhnəsi əks olunurdu. Burada mənim ağlıma “Gələcəyin
incəsənəti” məqaləsində izhar edəcəyim fikirlər gəldi. Şreder-Devrienin Sürixdə
olması ilə bağlı xəbərin məni xəyallarımdan ayırması özümə xüsusən əlamətdar
göründü. Mən qarşıda yerləşən
Zum Schwerte”
mehmanxasına qaçdım ki, onunla
görüşüm, amma onun gəmi ilə yola düşdüyünü eşitdim. Bir daha mən bu qadını
görmədim. Sonradan onunla Leypsiqdə ara-sıra görüşən arvadımdan Şreder-Dev-
rienin ölüm xəbərini aldım və kədərləndim.
246
Beləcə, Drezdendən – Minnadan təsəlliverici xəbəri eşidincəyədək ayağım
altında zəmin hiss etmədən yayın iki ayını nizamsız qaydada keçirdim. Onun
mənimlə kobud və təhqiramiz tərzdə rəftar etməsinə baxmayaraq, qəlbimin
dərinliyində özümü onun barədə qayğılardan azad hiss edə bilmirdim. Qohum-
lardan birindən onun barədə xəbər alırdım və ümid edirdim ki, onun bundan
xəbəri olacaq. Bundan başqa, mən dəfələrlə Listdən onu mümkün qədər diqqətsiz
qoymamağı xahiş etmişdim. İndi mən onun özündən məktub aldım. Məktubdan
əmin oldum ki, o fəal qadın öz çətin vəziyyətinin öhdəsindən necə məharətlə gəlib,
bundan başqa, o, məni yenidən həyatını mənimlə birləşdirməyi səmimi şəkildə
arzuladığına əmin etdi. Minna mənim Sürixlə bağlı planlarıma həqarətli şübhə
ilə yanaşırdı, bununla belə, bildirirdi ki, həyat yoldaşım kimi bizim həyatlarımızı
yenidən birləşdirməyimizə məsuliyyətli hiss edir. O, belə bir ehtimal irəli sürürdü
ki, mən ona müvəqqəti olaraq Sürixdə qalmağı təklif edəcəyəm və Parisdə opera
bəstəkarı kimi iş tapmağa çalışacağam. Nəhayət, o mənə bildirdi ki, sentyabrda,
hansısa tarixdə o, Pepsin, tutuquşu Papo və Natalinin – öz bacılığının müşayiəti ilə
İsveçrəyə gələcək. Mən iki otaq kirayələdim və öz gözəlliyilə məşhur Togenburq-