377
Rixard Vaqner
Mənim həyatım
dan və Appenseldən keçərək piyada Rappersvildən Rorşaxdakı S.Qallenə yollan-
dım. Rorşaxda yarısı heyvanlardan ibarət olan qəribə ailəmi görəndə mütəəssir ol-
dum. Etiraf edim ki, it və tutuquşu məni xüsusi sevindirdi. Arvadım məni ruhdan
salmağı yubatmadı, orada, elə ilk görüşdəcə özümü yaxşı aparmadığını görərsə,
məni Drezdenə qayıdacağı ilə hədələdi. Bu hal üçün dostları ona təsadüfi sığı-
nacaq və dəstək hazırlamışdılar. Amma qısa müddət ərzində qocalmış Minnaya
ilk baxışdaca məndə mərhəmət hissi oyandı və bu, mənə incikliyimin öhdəsindən
gəlməyə yardım etdi. Ona ruh verməyə və fəlakətlərin arxada qaldığına inandır-
mağa çalışdım. Əvvəlcə, bu mənə çətinliklə müyəssər olurdu. Artıq Sürixin xarici
görünüşü onda pis təəssürat oyadırdı: Drezden daha böyük və daha gözəl idi.
Minna mənim onunla tanış etdiyim dostlarımı adam yerinə qoymurdu. Staatss-
chreiberi o, adi mirzə hesab edirdi: “Almaniyada “belələri heç bir rol oynamır-
lar”. Mənim ev sahibim A.Müllerin arvadı Minnanı xüsusən qıcıqlandırdı. Minna
mənim özümü bu cür pis vəziyyətdə qoymağımdan gileylənəndə Müllerin xanımı
cavab verdi ki, əslində mənim davranışım xarakterimin əzəmətini göstərir. Min-
nanın dilindən Drezdendəki evimizdən bəzi əşyaları hələ də saxlaması ilə bağ-
lı sözləri eşitmək mənim üçün xoş idi: o hesab edirdi ki, bunlar bizə gərəkli ola
bilər. Bu əşyalar “Breytkopf” və “Hertel” markalı kifayət qədər yararsız royallar,
Nibeqlunqlara Korneliusun girişinin qotik çərçivəyə alınmış, mənim yazı masa-
mın üstündə asılmış baş səhifəsi idi. Biz gələcək məişətimizin bu əşyaları ilə birgə
Hintere Escherhauser
də,
Zeltweg
yaxınlığında kiçik otaq kirayələməyi qərara aldıq.
Mənim üçün bir çox cəhətdən əziyyətli olan mebelin satılması işini arvadım uğurla
yoluna qoydu və ehtiyaclarımız üçün yüz taler saxladı. Mənim kiçik, amma ciddi-
cəhdlə yaratdığım kitabxanamı da, o özü düşündüyü kimi, əla vəziyyətdə saxlaya
bilmişdi. O, kitabları istəyən yeznəm , kitab ticarətçisi və Sakson deputatı Haynrix
Brokhauza vermişdi, Haynrix bu barədə inadla xahiş edirmiş. Minna kitabları geri
istəyəndə fərasətli qohumdan belə bir cavab almışdı ki, Brokhauz kitabları ağır
vəziyyətimdə mənə borc verdiyi 50 talerin əvəzində girov saxlayır və mən pulu
geri qaytaranda kitabları geri ala biləcəyəm – bu cavab Minnanı heyrətləndirmişdi.
Beləliklə, mən uzun müddət 50 taleri qaytara bilmədim və mənim qayğı ilə öz eh-
tiyaclarıma uyğun tərtib etdiyim kitabxanamı əbədi itirdim. Vəzifəsi ilə arvadımı
karıxdıran Zultser, özü heç də varlı olmasa da, məni vəziyyətdən çıxarmaq istədi
və biz kiçik mənzilimizdə elə rahat məskunlaşdıq ki, təvazökar vərdişləri olan
dostlarımız bizə qibtə etdilər. Arvadımın istedadı parlaq şəkildə özünü göstərirdi.
Onun əlyazmalar və notlar yerləşən yeşikdən dahiyanə istifadəsini xatırlayıram:
yeşikdən əla etajer alınmışdı.