379
Rixard Vaqner
Mənim həyatım
ilə bağlı praktik planlar məni fəlsəfi məşğələlərdən ayırdı və qeyd etdiyim kimi,
keçmiş teoloq, indiki alman-katolik vaizi və siyasi təşviqatçı, başında Kalabriya
şlyapası olan Metstdorf ilk dəfə mənə “müasir dövrün əsl və yeganə filosofu” Lüd-
viq Feyerbaxı tanıtdı. Sürixli yeni dostum, musiqi müəllimi Vilhelm Baumqart-
ner onun “Ölüm və ölümsüzlük” adlı kitabını gətirdi. Müəllifin hamı tərəfindən
qiymətləndirilən xüsusi, lirik üslubu fəlsəfi cəhətdən savadsız adamda həddən ar-
tıq xoş təəssürat oyatdı. Hələ Parisdə Lerslə tanış olduğum zamanlardan, zəngin
təxəyyülə malik hər bir adam kimi, bu əsərdə belə yeni, cəlbedici təfsilatı ilə təsvir
olunan qəliz məsələlər məni maraqlandırırdı. Amma ümumiyyətlə , indiyədək
bu mühüm məsələ barədə bizim şairlərin söylədiyi fikirlərlə kifayətlənirdim. Fe-
yerbaxın kitabının daha yetkin hissələrində maraqlı məsələlərə açıq yanaşması,
onun bütünlükdə faciəvi və sosial-radikal konsepsiyası məni dərindən cəlb edir-
di. Yalnız yüksək əməllərin və ilhamla yaradılmış sənət əsərlərinin ölümsüzlüyü
barədə ideya mənə gözəl və təsəlliedici görünürdü. “Xristianlığın mahiyyəti”ni
oxuyarkən marağımı qorumaq mənim üçün bir qədər çətin oldu. Əsas fikrin in-
kişafındakı aciz yayğınlıq, dinə subyektiv-psixoloji baxımdan yanaşma – bütün
bunlar mütaliə zamanı məlum qüsur kimi hiss olunurdu. Bununla belə, Feyer-
bax mənim gözümdə şəxsiyyətin dini nüfuzdan, bu zəmində yaradılan bütün
təsəvvürlərdən qəti, radikal şəkildə ayrılmış azadlığın təmsilçisi idi. Buradan çıxış
edərək düşünürəm ki, “İncəsənətin gələcəyi” əsərimi hansı niyyətin təsirləri altın-
da Feyerbaxa həsr eləməyim və giriş sözünü ona müraciətlə yazmağım aydındır.
Qatı hegelçi olan, Feyerbaxı ümumiyyətlə filosof kimi tanımayan dostum Zultser
mənim bu marağıma, təbii ki, çox məyus olmuşdu. O deyirdi ki, bütün bunlarda
yeganə yaxşı cəhət odur ki, onun özündə heç bir ideya olmasa belə, məhz Feyerbax
məndə hər hansı fikir oyada bilib. Məni isə Feyerbaxın tərəfində çıxış etməyə onun
aşağıdakı qənaətləri vadar etmişdi, elə onu Hegeldən fərqləndirən də bu idi. Birin-
cisi, ən yaxşı fəlsəfə - heç bir fəlsəfənin olmamasıdır (
bununla o, əvvəllər məni qorxu-
dan məsələni xeyli asanlaşdırdı),
ikincisi, yalnız hiss olunan şeylər həqiqidir. Feyer-
bax hissi aləmin estetik qavrayışında yalnız ruhun refleksini görürdü. Fəlsəfənin
mənasızlığını qəbul etməklə bərabər bu fikirlər mənim özümün hər şeyi ehtiva
edən və insanın ən sadə duyğuları üçün əlçatan sənət konsepsiyama, mükəmməl
dram konsepsiyama, bizim bədii-artistik meyllərimizə töhfə verən “gələcəyin
incəsənəti “nə böyük dəstək oldu. Görünür, Zultser Feyerbax barədə mənfi rəy
söyləyərkən, bu ideyalara işarə edirdi. Bir müddət sonra mən artıq onun əsərləri
ilə maraqlana bilmirdim. Hətta xatırlayıram ki, onun „Dinin mahiyyəti haqqında“
adlı yeni nəşr olunan kitabının sərlövhəsi mənə o qədər yeknəsəq göründü ki,
Herverq yanımda o kitabı açanda, mən dərhal kitabı qapadım.
O zaman mən öz əsərlərim üzərində böyük maraqla çalışırdım. Sürixə
təsadüfən gəlib çıxan Eduard fon Bülov, mənim gənc dostumun atası, novellaçı