Rixard Vaqner
Mənim həyatım
380
və Tikin ardıcılı mənzilimdəcə məni ziyarət etdi və mənə poeziya barədə fəsili ona
oxumaq kimi səmimi sevinci yaşatdı. Ədəbi dram ideyaları barədə mənim radi-
kal qətiyyətlə söylədiyim fikirlər (“
hər dövr mütləq öz
Şekspirini doğurmalıdır
”)
onu
çox sarsıtdı. Lap yaxşı, mən düşündüm: bu, Viqandı mənim yeni inqilabi əsərimi
almağa və onun həcminə uyğun pul verməyə vadar edəcək. Mən iyirmi luidor
istədim və o, bu məbləğlə razılaşdı.
248
Gözlənilən gəlir mənə ehtiyacın təsiri altda növbəti dəfə Parisə gedib, orada
opera bəstəkarı kimi bəxtimi sınamağa yardımetməli idi. İş çox şübhəli qaydada ge-
dirdi: şəxsən mənə bu barədə düşünmək nifrət oyadırdı, amma mən aydın şəkildə
anlayırdım ki, vəd verməklə düzgün addım atmıram, çünki heç vaxt bu vədlərin
həyata keçirilməsinə ciddi yanaşmayacağam. Amma hər şey mənim əleyhimə
işləyirdi və mən bu istiqamətdə addım atmağa məcbur oldum. Xüsusən List ötən
yay mənim Belloni vasitəsilə başladığım danışıqları yenidən bərpa etməyimdə
inad göstərirdi. O, bunu xoş niyyətlə edirdi, qəti inanırdı ki, bununla mən şöhrətə
gedən, özümə layiq bir yola çıxacağam. Mənim öz vəzifəmə nə dərəcədə əməl
etməyim ondan bəllidir ki, nəzərdə tutulan operanın süjetini işlədim, çünki fran-
sız şairə onun üçün şeir yazmağı təklif eləmək istəyirdim. Ağlıma da gəlmirdi ki,
mövzu seçimini və onu işləməyi şairə tapşıram, özüm isə yalnız musiqili kom-
pozisiya məsələsini həll edim. Mən dəmirçi Viland barədə saqanın üzərində da-
yandım, “Gələcəyin incəsənəti” məqaləmdə həyəcanlı şəkildə bu saqadan söz aç-
mışdım. O, mənə Zimrokun
Vilkyna Saga
dan götürdüyü süjetin işlənməsi ilə tanış
idi. Mən uyğun səhnə quruluşunu cızdım, üç pərdənin dialoqlarını ciddi-cəhdlə
işlədim və içimi çəkərək, bütün bunları fransız müəllifə göndərməyi qərara aldım.
Paris tamaşaçısının mənim musiqimlə ilkin tanışlığı üçün List
Conserts de St Ce-
cile
tədbirlərində dirijorluq edən Segerlə əlaqə saxladı. Yanvarda “Tanhauzer”in
uvertürası ifa olunmalı idi, mənim iştirakım zəruri idi. Amma bu səfər üçün
vəsaitimin olmaması məndə gözlənilməz həyəcan yaradırdı. Mən yardım üçün
əbəs yerə vətəndəki dostlara müraciət etdim, bundan heç nə alınmadı. Qardaşım
Albertin ailəsində mənim xahişimə belə yanaşmışdılar: onlar məndən yoluxucu
xəstəlik qədər qorxur və qaçırdılar. Bu barədə mən qardaşımın parlaq teatr kar-
yerasına malik qızından eşitdim. Əvəzində, Drezdendə qalmış Ritterin ailəsindən
gözləmədiyim halda özümə qarşı həssas münasibət gördüm. Ailə ilə bir dəfə məni
ziyarətə gəlmiş Karl Ritter vasitəsilə tanış olmuşdum. Dostum Haynedən mənim
acınacaqlı vəziyyətdə olduğumu eşidən xanım Yuliya Ritter – ailənin ağbirçəyi,
inandığı şəxs vasitəsilə özünü mənə beş yüz taller verməyə borclu bildi. Eyni za-