381
Rixard Vaqner
Mənim həyatım
manda mən Bordodan, xanım Lossodan məktub aldım, o ötən il Drezdendə məni
ziyarət etmişdi, o, riqqətli bir tərzdə məni özünün dəyişməz təəssüf və şəfqətinə
əmin edirdi.
Bu, mənim həyatımda yeni mərhələnin qədəm qoymasının ilk əlamətləri idi.
Tədricən taleyim qohumluq bağlarından daha az asılı olmağa başlayır və bütün
həyatım yad adamlara daxili, məhrəm münasibətlərin təsiri altında qurulurdu.
Hazırkı anda bu gözlənilməz yardım özündə bir qədər kədərli məqamları da əks
etdirirdi: pul, sanki, iyrənc Paris planının icrasına təhrik edirdi. Mən arvadıma yeni
dəstək sayəsində elə Sürixdə də yaşaya biləcəyimizi izah etməyə çalışanda, o, çox
qəzəbləndi və sərt şəkildə məni zəiflikdə və qətiyyətsizlikdə ittiham etdi. O bəyan
etdi ki, Parisdə yaxşı bir şey əldə etmək üçün bütün səylərimi səfərbər etməsəm,
məndən əlini üzəcək, çünki bədbəxt yazıçı və acından ölənlərin konsertlərinin di-
rijoru kimi necə süründüyümü görmək istəmir. 1850-ci il bizim üçün belə başladı.
Dincliyimi təmin etmək üçün mən Parisə gedəcəyimi vəd etdim, yalnız sağlamlı-
ğım üzündən səfəri təxirə salırdım. Yaşadığım həyəcanlar əsəblərimə təsirsiz qal-
mamışdı və ötən günlərin nəhəng və uzunmüddətli həyəcanları əzginliklə əvəz
olunmuşdu. Mən daim şəraitsiz mənzilimizdə vaxtımı iş arxasında keçirərək,
tez-tez soyuqlayırdım. Təhlükəli simptomlar özünü göstərirdi. Sinəmdə ağrı hiss
edirdim və siyasi mühacir olan bir həkim məni qətran plastırlarla müalicə edirdi.
Bu plastırlardan və onların sinirlərimə təsirindən uzun müddətə hündürdən da-
nışmaq qabiliyyətimi itirdim. Amma arvadım hesab edirdi ki, mən getməliyəm.
Nəhayət, səfər üçün bilet almağa getmək lazım gələndə mən özümü o qədər zəif
hiss edirdim ki, tərlədim və ayaq üstə dayana bilmədim. Evə qayıtdım və arva-
dımla bir daha səfərdən imtina etməyin daha məqsədəuyğun olacağı barədə da-
nışdım. O düşünürdü ki, mənim vəziyyətimdə təhlükəli heç nə yoxdur və burada
daha böyük rolu mənim təxəyyülüm oynayır və getməli olduğum yerə çatan kimi
özümü yaxşı hiss edəcəyəm. İfadəsi mümkün olmayan acı bir hiss varlığımı bü-
rüdü, əsəblərim həddən artıq gərilmişdi, amma nəhs bileti almaq üçün məyus,
amma qəti addımlarla poçta getdim. Fevralın əvvəlində Parisə yola düşdüm. Məni
qeyri-adi duyğular bürüdü, əgər qəlbimin dərinliklərində hər hansı ümid vardısa,
deməliyəm ki, onların mənbəyi başqa idi və hər bir halda, onların Parisdəki müm-
kün uğur barədə mənə kənardan sırınan inamla hər hansı əlaqəsi yox idi.
249
Mənim ilk qayğım sakit mənzil tapmaq idi. Ümumiyyətlə, o zamandan
başlayaraq, mən olduğum hər yerdə sakitlik axtarırdım. Arabaçı şəhərin ən sakit
məhəllələri ilə məni küçədən-küçəyə aparırdı, amma buralar da mənə həddən ar-