Rixard Vaqner
Mənim həyatım
382
tıq səs-küylü görünürdü. Əsəbləşmiş arabaçı mənə dedi: “monastırda yaşamaq
istəyirsənsə, bunun üçün Parisə gəlməyə ehtiyac yoxdur”. Nəhayət, mənim ağlıma
gəldi ki, ekipajlar hərəkət etməyən
cite
lərdən birində mənzil axtaram. Həqiqətən də,
site
de
Provence
də iki böyükolmayanotaq tapdım.Dostlarımın inadkar göstərişlərinə
əsasən, ilk növbədə Segerin yanına getdim ki, onunla “Tanhauzer” uvertürasının
ehtimal olunan ifası ilə bağlı danışım. Məlum oldu ki, gecikmiş səfərimlə heç kəsə
mane olmamışam, çünki burada orkestr üçün yazılmış alətlər üzrə partiyaları necə
tapacaqlarını bilmirdilər. Mən Listə yazmalı, ondan nüsxələri sifariş etməsini xa-
hiş etməli və cavab gözləməli oldum. Belloni Parisdə deyildi. Hələlik, heç bir iş
görmək olmazdı və şarmankaların ağır naləsi altında Parisə səfərimin məqsədi
barədə düşünmək üçün mənim kifayət qədər vaxtım var idi. Tezliklə daxili işlər
nazirliyinin casusu mənə yaxınlaşdı ki, səfərimin məqsədi barədə öyrənsin (
siyasi
mühacir
kimi
,
mən
çox
şübhə
oyadırdım)
və mən asanlıqla onu əmin etdim ki, məni
buraya musiqi marağım gətirib. Xoşbəxtlikdən ona göstərdiyim partitura xoşuna
gəldi, habelə
Journal des Debats
da Listin ötən il yazdığı “Tanhauzer”in uvertürası
barədə yazısı da onda rəğbət oyatmışdı. Gedəndə o məni bərk qucaqladı və əmin
etdi ki, polis mənim dinc meyillərimə mane olmayacaq.
Yenidən Parisdəki köhnə tanışlarımı axtardım. Semperi qonaqpərvər Deple-
şenin yanında tapdım. O, müxtəlif müstəqil olmayan sifarişlərlə özü üçün babat
qazanc əldə edirdi. Ailəsi Drezdendə qalırdı, oradan bizə dəhşətli xəbərlər gəlirdi.
Katorqa həbsxanaları sonuncu Sakson hərəkatının uğursuz qurbanları ilə dolu idi.
Rekel, Bakunin və Heybnerlə bağlı deyilirdi ki, onlar dövlətə xəyanətdə ittiham
edilir və onları ölüm hökmü gözləyir. Ordunun məhkumlara münasibətdə nü-
mayiş etdirdiyi amansızlıq barədə xəbərlər bizim özümüzü nisbətən xoşbəxt hiss
etməyə vadar edirdi.
Semperlə tez-tez görüşürdüm və biz onunla vaxtımızı xeyli şən keçirirdik. O,
ailəsi ilə birgə Londonda yaşamağa ümid edirdi, orada onun bəzi sifarişlərə ümidi
vardı. Mənim son yazıçılıq cəhdlərim və orada ifadə etdiyim fikirlər ona həddən
artıq maraqlı gəlirdi. Biz xeyli mübahisə edirdik, söhbətlərimizdə çox zaman Kitts
də iştirak edirdi, bu, əvvəlcə Semperi əyləndirirdi, sonra isə Kittsin iştirakı onu
sıxmağa başladı. Kittsi necə qoyub getmişdimsə, elə həmin vəziyyətdə idi. O hələ
də öz fırçalarının öhdəsindən gələ bilmirdi və yalnız bir şeyi arzu edirdi: inqi-
lab və onunla bağlı ümumi qarışıqlıq nəticəsində necəsə mənzil sahibi ilə haqq-
hesabını çürüdə bilsin. Bununla belə, o, rəngli karandaşlarla mənim özünəxas
gənclik üslubunda olduqca gözəl bir portretimi çəkdi. Seanslar zamanı, təəssüf
ki, mən ona gələcəyin incəsənəti barədə düşündüyümü izah etməli oldum. Bu,
onun anlayışlarında böyük qarışıqlıq yaratdı. O, hətta havayı nahar etdiyi burjua
ailələrində də mənim xeyrimə canlı təbliğat aparmağı qərara aldı. Kitts əvvəlki,
köhnə, sadiq, səmimi dost idi. Hətta Semper də onunla barışdı. Mən xeyli qocalmış