Rixard Vaqner
Mənim həyatım
54
kəsilirdi. Flaksla dostluğum sonrakı dostluq əlaqələrimin çoxu üçün nümunə
idi. Beləliklə, heç kimlə möhkəm dostluq qura bilmirdim və kifayət qədər uzun
müddət yolunu azmış tələbə həyatı yaşamğım bununla izah olunur. Bu məqamda
yaxın şəxsi münasibətlər şəxssiz, korporativ başlanğıc qarşısında tamamilə geri
çəkilirdi. Ümumi axmaq səs-küyün arasında mən tamamilə tənha qalırdım və çox
yəqin ki, bu axmaqlıqlardan ibarət sistem daxili nüvəmin ətrafında qoruyucu qa-
bıq kimi xidmət edib onun möhkəmlənməsi üçün zaman qazanır və vaxtından
əvvəl zəifləməyə səbəb olan erkən yetişən yaradıcılıqdan məni müdafiə edirdi.
Kənardan elə görünürdü ki, mən hər tərəfə parçalanıram. 1830-cu ilin Pasxasında
Nicolai Schule”
ni tərk etmək məcburiyyətində qaldım. Müəllimlərim haqqımda
çox pis fikirdə idilər. Ona görə oradan universitetə keçmək ümidim yox idi. Qərar
verilmişdi ki, yarım il ərzində evdə məşğul olub
Thomas Schule
yə daxil olum. Bu
şərtlərlə artıq işi sona çatdırıb universitetə daxil olmaq mənim ixtiyarımda idi.
Yenidən yaxşı münasibət qurduğumAdolf əmim həmmusiqi məşğələlərimə mane
olmurdu, həm də məndə işə enerji və həvəs yarada bilirdi. O mənə elə təsir edir-
di ki, həmin dövrdəki avaralığıma baxmayaraq məndə yenidən elmi məşğələlərə
maraq yaranmışdı. Bir alimdən özəl yunan dili dərsləri alır və onunla Sofoklu oxu-
yurdum. Bir müddət özüm də ümid edirdim ki, alicənab yunan faciəçisinin qiraəti
yenidən yunan dili ilə ciddi məşğul olmağa meyl yaradacaq. Amma hər şey əbəs
idi: yenə müəllim uyğun deyildi, həm də məşğul olduğumuz otağın pəncərəsi dəri
zavodunun dabbaqçı bölməsinə baxırdı deyə bu üfunət qoxusu əsəblərimlə oyna-
yır, Sofoklu da, yunan dilini də zəhərləyirdi.
22
Kürəkənimiz Brokhauz cibxərcliyi qazanmağımı istədiyi üçün çap etdi-
yi bir kitabın korrektəsini mənə tapşırdı. Bu, Bekerin dünya tarixi kitabının Le-
belin işləyib-hazırladığı yeni nəşri idi. Mənim üçün digər fənlərdə olduğu kimi
bu sahədə də verilən səthi orta məktəb biliklərini tamamlamaq və maraq təşkil
edən müəyyən şeyləri mənimsəmək fürsəti yaranmışdı. Bundan sonra məktəbdə
cəlbedici şəkildə təqdim edilməyən bütün fənlərə belə əncam çəkdim. Etiraf edim
ki, ilk dəfə tarixlə ciddi məşğuliyyətim səhifəyə səkkiz zilberqroş qazanmağımla
-
bu isə həyatımda nadir hadisə idi, daha cəlbedici idi mənimçün. Lakin sadəcə səthi
tanış olduğum tarixi epoxaların ciddi öyrənilməsinin ilk dəfə oyatdığı canlı maraq
barədə söhbət açmasam, özümə qarşı ədalətsizlik etmiş olardım. Məktəbdə yalnız
yunan tarixinin klassik dövrü ilə maraqlanırdım: Marafon, Salamin və Fermopillər
tarix sevgimin əsasını təşkil edirdi. İndi isə ilk dəfə Orta əsrlər tarixi və ilk fransız
inqilabı ilə yaxından tanış olmuşdum. Mən korrektə ilə məşğul olan vaxt məhz