55
Rixard Vaqner
Mənim həyatım
bu fərqli tarixi epoxaları əhatə edən həmin ikicildlik çap olunurdu. Yadımdadır,
fransız inqilabının təsvirini oxuyarkən onun qəhrəmanlarına qarşı ürəkdən nifrət
yaranmışdı məndə. Mən Fransanın əvvəlki tarixini bilmədiyim üçün təbii ki, inqi-
labçıların dəhşətli qəddarlığından zərif insani hisslərim zədələnirdi. Bu sırf insani
narazılıq o qədər güclü idi ki, diqqətlə düşünmək və bu böyük hadisələrin siyasi
əhəmiyyətini anlamaq üçün xeyli səy göstərməli olmuşdum.
23
Lakin mən bu musiqili-siyasi eskizin üzərində işləməyə başlamamış Leyp-
siqin özündə qarışıqlıqlar başladı və məni yaradıcı planlarımdan ayırıb siyasi
həyatda birbaşa iştiraka məcbur etdi. Leypsiqin siyasi həyatı yalnız bir şeylə ifadə
olunurdu: polis və tələbələr arasında antaqonizm. Polis - gənclərin azadlıq sev-
gisini məşq elətdirdikləri həmin o nifrət elementi idi. Küçə iğtişaşlarının birində
bir neçə tələbə həbs olunmuşdu: onları nəyin bahasına olur-olsun azad etmək la-
zım idi. Bir neçə gün narahatlıq keçirən tələbə gənclik bir axşam bazarda toplan-
dı. Korporasiyalar tam heyətlə gəlib başçılarının ətrafında yığışmışdılar. Özü də
tələbə kodeksinə əsasən yığıncaqda mənə qeyri-adi təsir göstərən məlum təntənə
hökm sürürdü. “Gaudeamus igitur” ifa olundu, oxundu, kolonnalar yaradıldı və
Leypsiqdə gəncliyə, tələbələrə tərəf olan hər bir kəslə möhkəmlənərək ciddi və
qərarlı şəkildə universitetə doğru irəlilədik ki, orada da karseri yerlə yeksən edib
tələbələri azad edəcəkdik. Hamı ilə birlikdə yeni Bastiliyanı fəth etmək üçün ad-
dımlayanda ürəyim uçunurdu. Lakin hadisələr gözlənilməz şəkildə inkişaf etdi:
Paulinium
un həyətində yürüşü papaqsız, ağ saçlı rektor Kruq qarşılayıb dayan-
dırmışdı. O, yürüşdəkiləri inandırmışdı ki, həbs olunanları öz fərmanı ilə artıq
evə buraxıb, sözlər “vivat!” nidaları ilə qarşılanmışdı və bununla da məsələ bitmiş
hesab oluna bilərdi.
Lakin gərgin inqilab gözləntiləri həddən artıq güclü idi: onun öləziməsi üçün
bir qurban lazım idi. Qəfil çağırış səsləndi: adı pisə çıxmış küçələrdən birinə gedib
deyilənə görə əxlaqsızlıq evlərindən birində gizlənmiş və hamının nifrət etdiyi
magistrat üzvü üzərində xalq məhkəməsi keçirəcəkdilər. Kütlə ilə birlikdə təyin
olunan yerə gedəndə evin talan olunduğunu, içəridə isə hələ də müxtəlif zorakı-
lıqların və özbaşınalıqların baş verdiyini gördüm. Dəhşət içində bu mənasız, şey-
tani qəzəbin insanlara göstərdiyi sərxoşedici təsiri xatırlayıram. Lakin heç bir şəxsi
səbəbim olmadan bu talanda iştirak edir və quduzluqla mebeli və qab-qacağı tələf
edirdim. Düzdür, buna səbəb kimi hərəkətləri ilə xalqın əxlaqını təhqir edən ma-
gistratı göstərsələr də, inanmıram ki, iğtişaşların yaranmasında bu elə bir böyük
rol oynamışdı. Əksinə, məni belə hallarda kütləyə hakim kəsilən şeytani başlan-