Rixard Vaqner
Mənim həyatım
56
ğıc əsir götürmüşdü, dəliyə dönmüşdüm. Və bu cür tutmaların tez keçmədiyini,
əksinə, məlum təbiət qanunlarına əsasən əvvəlcə talana mənasız meyl şəklində
doğulub tədricən söndüyünü öz üzərimdə sınamışdım. Buna bənzər başqa bir
yerə yönəlmək çağırışı səslənən kimi kütlə ilə birlikdə şəhərin o biri başına şığıyı-
rıdm. Orada da eyni qəhrəmanlıqlar, mənasız talan baş verirdi. Səhv etmirəmsə,
camaatın arasında sərxoşlar yox idi: nə mən, nə də başqaları spirtli içkilərlə güm-
rahlıq qazanmırdıq. Amma sonda mən elə vəziyyətə gəlib çıxmışdım ki, bu yalnız
tam sərxoşluğun nəticəsi ola bilərdi. Səhəri gün kabusdan sonrakı kimi ayıldım
və qəhrəmanlığımın sübutu kimi evə gətirdiyim qənimətimə-qırmızı pərdənin bir
parçasına baxanda həmin gecə baş verənləri və hadisələrdə iştirakımı xatırladım.
Məni bir şey sakitləşdirirdi. Hər yerdə, elə ailəmizdə də gənclərin bu davranışla-
rına razılıqla yanaşdılar, cəmiyyət gənclərin özbaşınalıqlarını heyrətamiz faktlara
qarşı əxlaqi narazılığın təzahürü hesab edirdi. Beləliklə, mən çəkinmədən iğtişaş-
larda iştirak etdiyimi etiraf edə bilərdim.
24
Gəncliyin göstərdiyi təhlükəli nümunə aşağı sinifləri, daha doğrusu, fəhlə
proletariatını da yoluxdurdu. Onlar sevmədikləri fabrikantlara və ümumiyyətlə,
sahibkarlara qarşı iğtişaşlara başladılar. Beləliklə, məsələ daha da ciddiləşdi.
Mülkiyyət təhdid altında idi və yoxsulluqla zəngilik arasındakı mübarizənin ruhu
vətəndaşların və evlərinin başının üstünü almışdı. Leypsiqdə heç vaxt ordu olma-
dığı üçün və polisin tamamilə təşkilatsızlığı ucbatından qara camaatdan müdafiə
üçün tələbələri köməyə çağırmışdılar. Bax, elə bu vaxt tələbəlik məhz gimnazist
yuxularımda gördüyüm öz şöhrətli obrazına bənzəyirdi. Tələbələr Leypsiqin qo-
ruyucu mələklərinə çevrilmişdilər. İki gün əvvəl özbaşınalıq edib, talan arzusu ilə
yanan gənclər indi silahlanıb hakimiyyətin mülkiyyətin müdafiəsinə keçmək çağı-
rışına hay vermişdilər. Şəhər şurası və polis rəisləri bir müddət əvvəl təqib edilən
korporasiyalara və ümumtələbə birliklərinə müraciət etmişdilər. Bu müraciətə ca-
vab olaraq tələbələr orta əsrlərin ordu təşkilat formalarına uyğun olaraq silahlanıb
patrullar şəklində şəhərə yayıldılar və şəhər darvazalarının qarşısında növbəyə
durdular, bəzi varlı tacirlərin mülklərində mühafizə heyətləri yaratdılar, ayrı-
ayrı ictimai yerləri və müəssisələri, xüsusilə, təhlükəli hesab edilən mehmanxa-
naları müdafiələri altına götürdülər. Təəssüf ki, hələ özüm tələbə olmasam da,
tələbə vətəndaşlığına vaxtından əvvəl qoşulmağa çalışır, gənclərin ən hörmət
bəslədikləri başçılara gah cəsarətlə, gah yaltaqlıqla yaxın olmağa çalışırdım.
Xüsusilə, uzun müddət evi bu matadorların əsas hərbi qərargahı olan Brokhauz-
la qohumluğum sayəsində onların nəğməkar solistləri ilə dostlaşa bilmişdim. Bir